Alim Qasımovun kürəkəni 9 il azadlıqdan məhrum edilib

Alim Qasımovun kürəkəni 9 il azadlıqdan məhrum edilib
Xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.


Prokuror çıxışında təqsirləndirilən şəxs barəsində elan olunmuş ittihamları əsas gətirərək Elnur Mövlamovun 10 il azadlıqdan məhrum olunmasını istəyib.

Daha sonra zərərçəkmiş şəxs Tamilla Qasımova ona dəymiş 51621 manat ziyanın tam ödənilməsini istəyib.

Zərərçəkmiş şəxs Xalq artisti Alim Qasımovun həyat yoldaşı Tamilla Qasımova məhkəmədə sonuncu dəfə ifadə verərək ədalətli qərar çıxarılmasını istəyib.

Təqsirləndirilən şəxs isə son sözündə zərərçəkmiş şəxs Rəşadət Fərzəliyevlə barışıq əldə etdiyini və dəymiş ziyanın tam ödənildiyini bildirib.

Bununla da E.Mövlamov özünü yalnız 178.3.2-ci maddə ilə qismən təqsirli bildiyini deyib.

Hakimlər müşavirədən qayıtdıqdan sonra hökmü elan ediblər.

Hökmə əsasən, təqsirləndirilən şəxs E.Mövlamov Elnur Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum olunub.

Hökmdə qeyd olunub ki, zərərçəkmiş şəxs Tamilla Qasımovanın ona dəymiş 51621 manat ziyanla bağlı qaldırdığı mülki iddia təmin edilsin və dəymiş ziyan tam ödənilsin.

Qeyd edək ki, məhkəmədə zərərçəkmiş qismində Xalq artisti Alim Qasımovun həyat yoldaşı Tamilla Qasımova və qohumu Rəşadət Fərzəliyev tanınıb.

Xatırladaq ki, E.Mövlanov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, Elnur Mövlamov Xalq artisti Alim Qaısmovun qızı, Əməkdar artist Fərqanə Qasımovanın həyat yoldaşıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
752 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...