Azərbaycanda polisin görüntülərini montaj edib yaydılar - VIDEO
“Şəmkirdə yol polisinin vətəndaşı təhqir etdiyinə dair yayılan məlumatlar yalandır”.
Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, yayılan videogörüntülər köhnədir:
“Təxminən 8-10 ilin hadisəsidir. Hadisə Bakıda deyil, kənar ərazidə qeydə alınıb. O dövrdə də məsələ ictimailəşmişdi və süjet əsasında araşdırılma aparılıb və aidiyyəti üzrə hüquqi qiymət verilib”.
V.Əsədov köhnə məlumatları yeni hadisə kimi qələmə verməklə polis haqqında mənfi fikir formalaşdırmağa çalışan şəxslərə də səslənib:
“Mənim üçün maraqlı olan, bu kimi hadisələri yayanların məqsədidir? Köhnə hadisələri yaymaqla polislə sürücü arasında narazılıq yaratmağa çalışanlar nə demək istəyir? Bu gün istənilən müraciətə dərhal reaksiya verilir. Baş verən hadisələr araşdırılır və hüquqi qiymət verilir. Odur ki qanun hər şeydən üstündür”.
2013-cü ildə yayılmış videonu təqdim edirik:
905 dəfə oxundu