Məktəb direktorunun evindən 30 min manatlıq qızıl oğurlayan şəxs tutulub

Məktəb direktorunun evindən 30 min manatlıq qızıl oğurlayan şəxs tutulub


Lənkəranda məktəb direktorunun evindən oğurluq edən şəxs tutulub. "Report"un məlumatna görə rayonun Xolmili kənd orta məktəbinin direktoru, Türkəkəran kənd sakini Fatma Məmmədrza qızı Əliyeva evindən 30 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edib.

Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində məlum olub ki, F.Əliyevanın evindən oğurluq edən şəxs onun qohumu, Astara rayon Şiyəkəran kənd sakini 33 yaşlı Ramin Cəfər oğlu Quliyevdir.

R.Quliyevin oğurladığı qızıl əşyaların bir qismi maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1135 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...