Emin Əmrullayev onu qurban verir - Nazirin özünüqorumaq cəhdi

Emin Əmrullayev onu qurban verir -
Bakı məktəblərində bir-birinin ardınca baş verən komik, bəzənsə tragikomik hadisələr bütövlükdə Azərbaycanın təhsil sistemində olan problemləri çılpaqlığı ilə üzə çıxarıb. Direktorun müəllimlərdən, müəllimlərinsə şagirdlərdən pul yığdığına dair yayılan audioyazılar, vaxtaşırı ölkə mətbuatının gündəmini zəbt edən videogörüntülər bu sahədə köklü islahatların aparılmasını qaçılmaz edib. Xırdalan şəhərindəki bir nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın valideynlər tərəfindən qulağına sırğa taxıldığını əks etdirən görüntülər isə bardağı daşıran sonuncu damla oldu.

GUNDEMİNFO.AZ xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində idarəolunmaz vəziyyətin yaranması Elm və Təhsil naziri Emin Əmrullayevin kariyerası üçün ciddi problem yaradıb. Həm ali, həm də ümumtəhsil orta məktəblərində mütəmadi olaraq qanunsuzluqların qeydə alınması gənc nazir üçün "əcəl zəngi" sayıla bilər. Təsadüfi deyil ki, yerli KİV hakimiyyətdaxili dəyişikliklərin anonsunu verəndə ön sırada Elm və Təhsil naziri Emin Əmrullayevin adını hallandırır.

"Yeni Sabah"ın əldə etdiyi məlumata görə, nazir özü də kariyerasını gözləyən təhlükədən xəbərdardır. Amma o, postunu itirmək istəmədiyi üçün ən müxtəlif vasitələrə əl atmaqdan çəkinmir.

Elm və Təhsil Nazirliyindəki mənbə saytımıza bildirib ki, Emin Əmrullayev artıq "günah keçisi" tapıb. Mənbənin dediyinə görə, nazir bütün məsuliyyəti Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın üzərinə atmağa hazırlaşır. Elm və Təhsil naziri Emin Əmrullayev düşünür ki, son vaxtlar bir-birinin ardınca Bakı məktəblərində baş verən biabırçı hadisələrin M.Vəliyevanın ayağına yazmaqla özünü xilas edə bilər.

Mənbə deyib ki, E.Əmrullayev vəziyyətdən çıxış yolunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdirini işdən çıxarmaqda görür. O, yaxın günlərdə Mehriban Vəliyevanı tutduğu vəzifədən azad etməklə nazir kürsüsündəki ömrünü bir qədər uzatmağa çalışacaq.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri M.Vəliyevanın Emin Əmrullayevin bu planından xəbərdar olduğu bildirilir. Xanım Vəliyevanın vəzifəsini qorumaq üçün hakimiyyətin yuxarı eşelonunda təmsil olunan hamilərindən dəstək alaraq nazirin planını pozmağa çalışdığı da gələn məlumatlar arasındadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
549 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...