Arif Əsgərovla bağlı ŞOK FAKTLAR: 2 milyon 900 min dolları…
“Ziya Məmmədovun müavini Arif Əsgərovun oğlu tərəfindən 2 milyon 900 min dollar məbləğində pulumuzun mənimsənilməsi barədə Prezident Administrasiyasının rəhbəri, Prezident yanında Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Samir Nuriyevə müraciət etmişəm. Bildirirəm ki, surəti ayrı-ayrı müvafiq qurumların rəbbərlərinə olmaqla, 2022-ci ilin sentyabr ayından başlayaraq Azərbaycan Respublikasının Prezidentinə, sonuncu dəfə isə 01.06.2023-cü il tarixdə nəqliyyat nazirinin sabiq müavini Arif Əsgərovun fironluğu barəsində bilavasitə baş prokurora müraciət etmişəm. Müraciətimlə bağlı bu günədək heç bir tədbir görülməyib”.
Musavat.com xəbər verir ki, hüquqşünas Əliabbas Yasavullu özünün feysbuk səhifəsində belə yazıb.
Müraciət müəllifi Arif Əsgərovun respublikada nəqliyyat sektorunun tikintisinə və inkişafına yönəldilən milyardlarla manat məbləğində pulun mənimsənilməsində imzası və payı olduğunu qeyd edir: “Nəqliyyat nazirinin müavini vəzifəsində çalışmış Arif Əsgərov hazırda da özünü “firon” kimi aparmaqdadır. Belə ki, o, Zakir Qaralovun zamanından həbs etdirdiyi şəxslərin hüquqlarının bərpası ilə məşğul olanları, həmçinin, oğlu tərəfindən pulları və əmlakları mənimsənilmiş kəsləri kimliyindən asılı olmayaraq hədələməklə məşğuldur. Gücünün imkan verdiyi hallarda bu insanları dövlət hakimiyyəti orqanları ilə şantaj edir, pul verib istəyinə uyğun qərarların qəbulunu təmin edir, dövlət hakimiyyət orqanları ilə şantaj edilməsi mümkün olmadıqda isə oğru aləminin isimləri ilə qorxudur…
Bunların sırasında mənim də yaxın qohumum – Məmmədov Emil Kərim oğlu adlı şəxs var. Onun məsələsini araşdırdım, demək olar ki, baş vermiş hadisənin tam isbat edilməsi üçün bütün sübutları əldə etdim və məsələyə aydınlıq gətirilməsi məqsədi ilə Arif Əsgərovla görüşdüm. O, mənə qulaq asmadan bildirdi ki, “məsələ bağlanıb”… və məsələnin bağlı olması ilə əlaqədar yanımda hətta istifadəsindəki telefonla “Lotu Quli”nin qardaşına “zəng etdi”, onunla telefonla danışdıqdan sonra məsələnin bağlı olmasını mənə bildirməsini ondan xahiş etdi və telefonu mənə verdi. Telefonla danışan şəxs mənə bildirdi ki, Emilin işi bağlanıb. Mən heç nə demədən onun ofisini tərk etdim və bir neçə gündən sonra yenidən Arif Əsgərova zəng edib, əlimdəki sübutların, məsələnin bağlanmadığına dəlalət etdiyini və görüşməyimizin vacibliyini ona bildirdim. O, məni hədələməklə və təhqir etməklə yanaşı, bir daha onu narahat etməməyimi “tövsiyə” etdi…
Arif Əsgərov, yuxarıda qeyd olunduğu kimi, dövlət büdcəsinin talan edilməsinin iştirakçısı olduğu bir vaxtda onun ailə üzvləri də boş oturmadılar. Oğlu – Elnar Əsgərov ayrı-ayrı şəxslərin inamından sui-istifadə etməklə onlara məxsus 100 milyon manatdan artıq pulu mənimsəyib. Sonradan arxalı olan zərərçəkmişlərin əksəriyyətinin pullarını qaytarsalar da, Məmmədov Emil Kərim oğlunun 5 milyon manatdan artıq pul vəsaitinin geri qaytarılmasından faktiki olaraq imtina edilib, eyni zamanda onun kimi pulu geri qaytarılmamış şəxslərin şikayətləri üzrə isə öz yaxın qohumları olan Hüseynov Rahib İsmayıl oğlu və Hüseynov Emin İsmayıl oğlunun həbsinə nail olunub (hər ikisi qardaşdır və Arif Əsgərovun həyat yoldaşının bacısının oğludur). Beləliklə, təkzib olunması mümkünsüz olan yuxarıda qeyd olunan sübutlar toplusundan birmənalı şəkildə görünür ki, Məmmədov Emil Kərim oğlunun pulları bilavasitə Əsgərov Elnar Arif oğlu tərəfindən mənimsənilib, Elnarın cinayət məsuliyyətindən yayındırılması məqsədi ilə də sabiq baş prokuror Zakir Qaralova xüsusilə külli miqdarda rüşvət verilmişdi. Bu məsələnin araşdırılması ilə əlaqədar Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən dəvət edilsək də, Elnar Əsgərovun barəsində “cinayət təqibinin başlanmasının rədd edilməsi” haqqında qəbul edilmiş 16 iyun 2017-ci il tarixli qərarın bu günədək ləğv edilməməsi səbəbindən Arif Əsgərovun və onun oğlu – Elnar Əsgərovun cinayət məsuliyyətindən yayındırılması məqsədli şəkildə davam etməkdədir. Belə ki, 2023-cü ilin may ayının 6-da saat 12 radələrində mən Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə dəvət edildim və müraciətdə qeyd etdiklərimin təsdiqi üçün Arif Əsgərovla üzləşdirilsəm də, “yuxarıdan gələn zənglə”, üzləşmə rəsmiləşdirilmədən Arif Əsgərov oğlu Elnar Əsgərovla birlikdə İdarəni “qalib kimi” tərk ediblər…
Göstərilənlərdən əlavə, yuxarıda qeyd edilənlərin növbəti təsdiqi kimi də Emil Məmmədov tərəfindən istifadəsindəki “[email protected]” elektron poçtundan, müstəntiq Teymur Ağamirovun istifadəsindəki [email protected] elektron poçtuna Elnar Əsgərovla aralarında olan telefon danışıqlarının və yazışmaların bütün məlumatlarını 1 iyul 2016-cı il tarixdə, saat 17:57-də və saat 18:08-də rəsmi şəkildə göndərsə də, Teymur Ağamirov özü etiraf edib ki, ona imkan vermirlər düzgün qərar qəbul etsin”.
Bu qədər açıq şəkildə qeyd etdiyimiz və bütün xüsusatları təsdiq edən sübutların Baş Prokurorluğa təqdim edilməsindən sonra belə Baş Prokurorluq “ötür-ötür oyunu” oynamaqda davam edir. Elnar Əsgərov barəsində “cinayət təqibinin başlanmasının rədd edilməsi” haqqında qəbul edilmiş 16 iyun 2017-ci il tarixli qanunsuz Qərarı ləğv etmək əvəzində bütün müraciətlərimizi Bakı şəhər Prokurorluğuna, onlar tərəfindən isə Nərimanov rayon Prokurorluğuna göndərilən materiallar, sonucda – Nərimanov Rayon Polis İdarəsinin icraatına verilir. Hər kəsə məlumdur ki, Əsgərov Elnar Arif oğlunun və onun atasının cinayət əməli tam təsdiq edilməsinə baxmayaraq, Elnar Əsgərov barəsində “cinayət təqibinin başlanmasının rədd edilməsi” haqqında qəbul edilmiş 16 iyun 2017-ci il tarixli qanunsuz Qərarın mövcudluğu Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, onlar barəsində hər hansı prosessual hərəkətin həyata keçirilməsi ilə yanaşı, pulumuzun da geri qaytarılmasını mümkünsüz edir.
Baş vermiş cinayət hadisəsinin gizlədilməsi sxemi:
1. Emil Məmmədovun istifadəsində olan 055-299-55-20 nömrəli telefonla, Elnar Əsgərovun istifadəsində olan 050-211-32-32 nömrəli telefonla, aralarındakı “VATSAP” vasitəsilə danışıqları və SMS yazışmaları, Emil Məmmədov tərəfindən ona məxsus və istifadəsindəki “[email protected]” elektron poçtundan, 1 iyul 2016-cı il tarixdə, saat 17:57-də və saat 18:08-də rəsmi şəkildə, istintaq qrupunun rəhbəri, mühüm işlər üzrə baş müstəntiq Teymur Ağamirova məxsus və istifadəsindəki [email protected] elektron poçtuna göndərilir.
2. Həmin sübutlarla Emil Məmmədov tərəfindən Elnar Əsgərova ümumilikdə 3 milyon 600 min ABŞ dolları məbləğində pulun verilməsi və aralarında yaranmış narazılıqlardan sonra isə iki dəfəyə, 500 min və 200 min ABŞ dollarının Elnar Əsgərov tərəfindən Emil Məmmədova qaytarıldığı tam sübut olunduğundan, İstintaq Qrupunun vəsatəti əsasında, Baş Prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsi tərəfindən 15.09.2016-cı il tarixıli qərar qəbul edilir və həmin qərar əsasında “BAKSEL” MMC-dən alınan məlmatlarla Emil Məmmədov tərəfindən Teymur Ağamirovun elektron poçtuna göndərdiyi məlumatlar tam şəkildə təsdiq edilir.
3. Bundan sonra Arif Əsgərov tərəfindən Zakir Qaralova verilən xüsusilə külli miqdarda rüşvətin müqabilində qərara alınır ki, Arif Əsgərovun oğlu – Elnar Əsgərov məsuliyyətdən yayındırılsın, onun əvəzində isə Elnarla zərərçəkmişlər arasında vasitəçi olmuş onun xalası uşaqları – Hüseynov Emin İsmayıl oğlu və Hüseynov Rahib İsmayıl oğlu həbs edilsin…
4. Bu məqsədlə də baş prokurorun birinci müqavini – Rüstəm Usubov tərəfindən İstintaq qrupunun rəhbəri – Teymur Ağamirova edilən təzyiq nəticəsində bu hissədəki 1-2-ci bəndlərdə qeyd olunan sübutlar istintaq materiallarından çıxarılaraq məhv edilir, əvəzində isə Teymur Ağamirovun vəsatəti və Rüstəm Usubovun məhkəməyə təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin növbəti – 25.12.2016-cı il tarixli qərarının qəbul edilməsinə nail olunur. Qeyd olunan bu qərarla Elnar Əsgərovun istifadəsindəki 055-555-05-55 nömrəli və Emil Məmmədovun da istifadəsindəki 055-400-48-48 nömrəli telefon məlumatlarının “BAKSEL” MMC-dən alınmasını nəzərdə tutub. Bu məlumatların alınmasından sonra da T.Ağamirov tərəfindən 09.05.2017-ci il tarixli Protokol tərtib edilib və Protokolda göstərilib ki, “…CD disklərdə 055 555-05-55 və 055 400-48-48 nömrəli abonentlərin danışıqlarına dair məlumatlar əks edilib. Baxış zamanı CD diskə, telefon danışıqlarına dair məlumatlarda cinayət işi üzrə sübut əhəmiyyət edən məlumat aşkar edilmədi…”
5. Məhz saxta olan bu Protokol əsasında da Elnar Əsgərov barəsində “cinayət təqibinin başlanmasının rədd edilməsi” haqqında 16 iyun 2017-ci il tarixli qanunsuz Qərar qəbul edilib… Onu da qeyd etməyi zəruri hesab edirəm ki, Elnar Əsgərova məxsus 055 555-05-55 nömrəli telefonun mövcudluğundan Emil Məmmədov ümumiyyətlə, xəbərsiz olub, eyni zamanda 055 400-48-48 nomrəli telefon isə 2016-cı ildən sonra Emil Məmmədovun istifadəsində olub və o, istəsəydi belə, cinayət baş verən ərəfələrdə həmin telefon vasitəsilə Elnar Əsgərovla heç vaxt əlaqədə ola da bilməzdi.
6. “Bu qədər sadə üslubda Baş Prokurorluğun korrupsiya cinayətini aşkar etdiyimizə görə də dövlətimizdən tək istəyimiz pulumuzun geri qaytarılmasıdır.
Müraciət müəllifi xahiş edir ki, göstərilənlərlə əlaqədar olaraq Elnar Əsgərov barəsində “cinayət təqibinin başlanmasının rədd edilməsi” haqqında qəbul edilmiş 16 iyun 2017-ci il tarixli qanunsuz qərar ləğv olunsun. Onunla birlikdə atasının da məsuliyyətə cəlb edilməsi məqsədi ilə baş prokurora müvafiq göstərişlər verilsin”.
388 dəfə oxundu