Dövlətə meydan oxuyan bu şirkəti DÖVLƏT NİYƏ GÖRMÜR? – İLGİNC İDDİALAR

Dövlətə meydan oxuyan bu şirkəti DÖVLƏT NİYƏ GÖRMÜR? –
Manaf Şirinovun uzun müddət direktor olduğu Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC ( keçmiş “Azərkörpü” ASC) ilə bağlı yazıya keçməzdən öncə qısa məlumat verək.

1968-ci ildə Bakı şəhərində SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin nəzdində yaranmış «Körpütikintidəstəsi-100» kimi fəaliyyətə başlayan qurum 2001-ci ildə keçirilmiş özəlləşdirmədən sonra “Azərkörpü”yə çevrilib, Açıq Səhmdar Cəmiyyəti statusu alıb. 2013-cü ildə isə “Azərkörpü” ASC rebrendinq elan etdi və öz adını Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” adı ilə əvəz etdi. Manaf Şirinovun mətbuata dediyinə görə, guya adın dəyişməsinin səbəbi şirkətin yaxın və uzaq xarici ölkələrdə gördüyü mühüm işlərdir. Manaf Şirinova deyən yoxdur ki, təkcə Qazaxstanda gördüyünüz tikinti işlərində milyonlarla maxinasiyalar olmuşdu.

Budur, sizin uğurunuz..? Bəli, Manaf Şirinovun şirkəti Qazaxıstanda, Özbəkistanda, Moldovada, Rusiyada, Ukraynada gördüyü bütün tikinti işlərində həmişə ciddi maxinasiyalara yol verib. Çoxları düşünə bilər ki, Manaf Şirinov bu layihələri necə əldə edib..?

Əslində biz həmişə yazırıq ki, böyük şirkətlərin arxasında iri məmurlar olmasa, həmin şirkətlər 1 ay da ayaqda dayana bilməz. Bəli, “Azərkörpü”, hazırda adı Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” olan şirkət birmənalı olaraq sabiq baş nazirin müavini Abid Şərifovun ailə şirkətidir. Bu qədər sadə və bəsit. Və həmin layihələri də Abid Şərifov öz əlaqələri vasitəsilə əldə edirdi. Bəlkə Qaradağda limanın tikintisini, yaxud Kür çayı üzərindəki körpünün tikintisini Manaf Şirinov özü əldə etmişdi..?

Manaf Şirinova Kür çayının üzərində tikdiyi körpünün bir neçə ay sonra təmirə dayanmasını xatırlatmaq lazımdır. Manaf Şirinov təkcə dövlətə deyil, həm də Azərbaycan təbiətinə milyonlarla ziyan vurmuşdu. Manaf Şiirnov ona yaxın media qurumlarına böyük-böyük müsahibələr verir, dövlətdən və dövlətçilikdən danışır. Görəsən, Manaf Şirinov uzun illərdir ki, neçə milyon vergidən yayınmasından niyə danışmır…?

Manaf Şirinov maşın, avadanlıq, texnika almaq adı ilə milyonlarla manipulyasiya edib. Bir sözlə, Abid Şərifovun ailə şirkəti hesab olunan “Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC kifayət qədər dövlət vəsaitini mənimsəyib. Hətta Manaf Şirinovun bir müddət saxlanılması barədə də mediada xəbərlər yayılıb. Amma sonradan Abid Şərifovun hesabına buraxılıb. Manaf Şirinovun əməlləri barədə yazmaqla qurtaran deyil. Hazırda Manaf Şirinovun şirkətini, başqa adla, İNDER TEXNİKA MMC adı ilə onun oğlu Seymur Şirinov idarə edir. Seymur Şirinovun müavini isə Azad Qasımovdur. Azad Qasımov hər yerdə deyir ki, Seymur Şirinov kimdir ki, şirkətin əsl sahibi mənəm. Azad Qasımov deyir ki, Seymurun tikintidən, inşaat işlərindən başı çıxmır, amma mən… Bəli, Azad Qasımov restoranlarda pul səpir və fəxrlə dosatlarına deyir ki, Füzuli Hava Limanını mən tikmişəm, Qarabağın, Cəbrayılın bütün abadlıq və tikinti işləri mənə tapşırılıb. Azad Qasımovdan soruşan yoxdur ki, restoranlarda səpələdiyin dollarları necə və hansı yolla qazanmısan..?

Əlbəttə, dövlətin tikintiyə ayırdığı milyonları mənimsəməklə…

Mənbə: Gündəlik Bakı

Qarşı tərəf mövqe bildirə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
656 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...