Xaricdə təhsil proqramında xaos yaranıb? - Təhsil Nazirliyi donub?

Xaricdə təhsil proqramında xaos yaranıb?  -

Qaldırdığım problemi təsvir etmək üçün öncə xaricdə təhsilin maliyyələşdirilməsi proqramı üzrə prosedur qaydalarını izah edək. Tələbə və ya tələbə adına iddialı olan şəxs 2022-2023-cü tədris ili üçün “2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində müvafiq seçim meyarları və prosedurlar nəzərə alınmaqla sənədlərini Təhsil Nazirliyinə təqdim edir. Bundan sonra xarici ali təhsil müəssisələrində təhsil alacaq gənclərin seçimi başlayır, qaydalara uyğun gələnlər müsahibəyə çağrılır. Müsahibəni Neft Fondunun, Təhsil Nazirliyinin nümayəndələri 1 nəfər ekspertlə birlikdə aparırlar. GUNDEMİNFO.AZ xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib.

O daha sonra əlavə edib: "Diqqət edin: May ayında ABŞ-ın "X" universitetinə qəbul almış şəxs müsahibəyə giri,b amma onun cavabını iyulun 5-dək almayıb. Gözlənilir ki, müsahibənin nəticələri iyul ayında hətta ola bilər ki, avqust ayının sonunda açıqlansın. Fərz edək ki, cavablar iyulun sonunda bilinəcək. Bundan sonra nazirin kontrakt imzalaması da bir neçə gün, bəzən isə həftə çəkə bilər. Bundan sonra ABŞ-da təhsil alan tələbə və ya tələbə adına iddialı olan şəxs ABŞ-ın Azərbaycan səfirliyində viza görüşü alıb, visa müsahibəsinə girməlidir. Görüş vaxtı növbə ilə müəyyənləşdirildiyindən bunun üçün ən azı 1 ay öncədən müraciət olunmalıdır.

Belə olan halda da Təhsil Nazirliyinin xaricdə təhsil proqramının icrasında yaratdığı problem görə tələbə adına iddialı olan şəxs təhsilinə başlaya bilmir, tələbələrin təhsili isə yarımçıq qalır. ABŞ-ın təhsil sistemindən xəbəri olan hər kəs, o cümlədən də təhsil naziri Emin Əmrullayev yaxşı bilir ki, ABŞ-da dərslər avqustun ikinci yarısında və ya sentyabrın əvvəlində başlayır".

Gundeminfo.az bildirir ki, iqtisadçı alim daha sonra qeyd edir ki, hazırda mövcud olan xaosdan ən çox əziyyət çəkən istedadlı Azərbaycan gəncləridir. Odur ki dəyərli dostlarım və əziz izləyicilərim, sizinlə bölüşdüyüm problemin həlli onlar üçün çox önəmlidir. Xahiş edirəm ki, bunu nəzərə alaraq, onlara bu postu yalnız paylaşmaqla və bəyənməklə deyil, həm də rəylərinizi bildirdirməklə dəstək olun ki, bəlkə Təhsil Nazirliyinin donu açıldı, hərəkətə gəldilər.

Mövzu ilə bağlı Təhsil Nazirliyinin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
419 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...