Naxçıvanda böyük kapitalı olan 2 şirkət ləğv olunur – 3 ay əvvəl yaranıb

Naxçıvanda böyük kapitalı olan 2 şirkət ləğv olunur –
Bu ilin mart ayında Naxçıvanda dövlət qeydiyyatına alınan "Naxproperty-S1" MMC (VÖEN- 0201420511) və "Naxproperty-4" MMC (VÖEN- 0201419281) adlı şirkətlər ləğv olunur.
Yeniavaz.com xəbər verir ki, bu şirkətlər bu ilin yanvar ayında Naxçıvanda dövlət qeydiyyatına alınan "Naxproperty-S" MMC (VÖEN- 0201381651) və "Naxproperty-R" MMC (VÖEN- 0201378581) şirkətlərinin tərkibindən ayrılma nəticəsində yaranıblar.
Məlumat üçün bildirək ki, Əliyev Vaqif Əli oğlunun direktor olduğu "Naxproperty-4" MMC 30.03.2023-cü ildə, Hüseynov Fariz Hidayət oğlunun direktor olduğu "Naxproperty-S1" MMC isə 31.03.2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 916 min manat olan "Naxproperty-4" MMC-nin hüquqi ünvanı Naxçıvan şəhəri H.Əliyev, ev 19-da, nizamnamə kapitalı 156 min 100 manat olan "Naxproperty-S1" MMC-nin hüquqi ünvanı isə Naxçıvan şəhəri H.Əliyev, ev 34, m. 5-də yerləşir.
Onu da qeyd edək ki, son zamanlar Naxçıvanda “Gəmiqaya Holdinq”ə bağlı şirkətlərin də nizamnamə kapitallarında dəyişik və çoxsaylı parçalanmalar həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun övladları Rza və Seymur Talıbovlara məxsus olan “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
485 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...