Mühəndis Vüqar Əhmədovu ifşa etdi – “Azərişıq” ASC-də cinayət məsuliyyətinə cəlb olunan şəxslər yüksək postlar tutur
“Azərişıq” ASC, “Sumqayıt” RETSİ-nin Sumqayıt EŞ-nin istismar üzrə mühəndisi Quliyev Anar Ələmqulu oğlu Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
GUNDEMİNFO.AZ AzToday.az-a istinadən xəbər verir ki, Anar Quliyev müraciətində “Azərişıq” ASC-də yaşanan özbaşınalıqlara və qanunsuzluqları ifşa edib.
“Azərişıq”da özbaşınalıq və xaos hökm sürdüyünü yazan Anar Quliyev bildirir ki, ASC-də ğlkə qanunlarına, vətəndaş müraciətlərinə məhəl qoyan yoxdur:
“Vaxtilə dövlət əmlakını talama, rüşvətalma, vəzifə səlahiyyətləri aşma maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər Azərişıqda yüksək postlara təyin ediliblər:
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı departamentinin lisenziya nəzarəti və qeydiyyatı sektorunun sabiq müdiri işləyərkən AR CM-nin 308.2, 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə təqsirli bilinən Sakit Baxışov Azərişıq ASC-nin insan resurları departamentinə rəhbərlik edir.
Dövlət Əmlakı Nazirliyinin Dövlət əmlakının registri, icarəyə verilməsi və torpaq departamentinin sabiq direktoru işləyərkən AR CM-nin 179.3.1, 179.3.2 və 313-cü maddələri ilə təqsirli bilinən Çingiz İbadov Azərişıq ASC-nin enerjinin alışı və balans idarəsinin rəis müavinidir. Çingiz İbadov Barmek dövründə də yol verdiyi qanunsuzluqlara görə həbs edilib.
Hər ikisi də (Sakit Baxışov, Çingiz İbadov) pensiyanerdir.
Respublika Hərbi Prokurorluğunda idarə rəisi kimi xidməti və icra intizamının pozuntusu hallarına yol verdiyinə, aşkar qanunsuzluqlar və nöqsanların aradan qaldırılması üçün tədbirlər görmədiyinə görə, Baş Prokurorluğun əmrilə vəzifədən azad edilən Xalid Təhməzov hazırda sədr Vüqar Əhmədovun müşaviridir.
Rəhbər vəzifədə işləyərkən dövlət əmlakını talama, rüşvətalma, vəzifə səlahiyyətlərini aşma, təkrar rüşvətalma maddələri ilə həbs edilmiş şəxslər Azərişıq ASC-də necə vəzifəyə gətirilib və onların himayədarları kimlərdir ?!
Cəmiyyətin sədri Vüqar Əhmədovun bu özbaşınalıqlardan ya xəbəri yoxdur, ya da buradakı özbaşınalıqlara özü rəvac verir. Mən Azərişıq ASC əməkdaşı olaraq Vüqar Əhmədovun qəbuluna düşə bilmirəm. Ona ünvanladığım şikayətlərim araşdırılmır.
Cənab Prezidentimizin göstərişi ilə bütün nazirlər, idarə rəhbərləri bölgələrə ezam olunaraq vətəndaçların şikayətlərini araşdırlar. Vüqar Əhmədov bu vəzifəyə təyin olunandan bircə dəfə də olsun Sumqayıt şəhərinə gəlib idarə ilə, işçilərlə maraqlanmır.
Buna görə də işçilər digər orqanlara şikayət etmək məcburiyyətində qalırlar.
Mən şəhid ailəsi üzvü və Qubadlı rayon məcburi köçkünüyüəm. Ali təhsilli energetikəm. 20 ildir bu sistemdəyəm. 3 azyaşlı övladım var. Yataqxanada məskunlaşmışam. Mən Sumqayıt RETSİ-də istismarın mühəndisi kimi ayda 645 manat maaş alıram.
Cənab Prezidentin göstərişi ilə bütün idarələrdə maaşlar artırılır. Azərişıq ASC rəhbərliyi Sumqayıt Regionunda işləyənlərə 2-ci sort insan kimi yanaşır. Paytaxtda işləyənlərin maaşı məndən qat-qat yuxarıdır. Mükafatları da yazılır. Cənab Baba Rzayevin Prezidenti olduğu AzərEnerji ASC-də bütün dövlət bayramlarında işçilər mükafat alırlar.
Heç bir dövlət orqanı bu Azərişıqdakı özbaşınalıqların qarşısını ala bilmir. Çünki onların hamısı yaxşı bilir ki, Vüqar Əhmədov Cənab Prezidentimizin köməkçisi Anar Ələkbərovun xalası oğludur.
Mən bilmirəm kimə şikayət edim? Azərişıq ASC-nin kadrlar idarəsinin rəis müavini pensiyaner Həvva Tahirovaya yoxsa, Protokol xidmətinin rəhbəri işləyən qızı Leyla Sadıqovaya?!
Xahiş edirəm “Azərişıq” ASC-dəki özbaşınalıqlara son qoyulmasında yardımçı olasınız.
Öncədən Sizə minnətdarlığımı bildirirəm”.
Səslənən ittihamlarla bağlı “Azərişıq” ASC-nin də mövqeyini işıqlandırmağa hazırıq.
695 dəfə oxundu