Muxtar Babayevin diqqətinə: İkinci Söyüdlü problemi İmişlidə yaşanır

Muxtar Babayevin diqqətinə:


Imişlinin Araz sahili boyunca yerləşən yaşayış məntəqələrinin durumu Söyüdlü ilə müqayisə olunacaq fərqli bir vəziyyətdir.

SOS: İmişlidə dəhşətli fəlakət baş verib. Şahverdili kənd sakini 33 yaşlı Asif bəy 4 yaşlı oğlu ilə birlikdə Araz çayı sahilində köhnə karyerdən yaranmış göldə boğularaq rəhmətə gediblər.

ETSN-nə sual edirəm.Kim imkan yaradıb bu qum-çınqıl karxanalarının fəaliyyətinə?

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə sosial şəbəkədə İmişlidən olan fəallar məlumat veriblər.

- Bunların sayı Imişlidə yüzlərlədir. Heç bir nəzarət yoxdur.Təhlükəsizlik qaydaları barədə təsəvvür belə yoxdur. Karyer göllərinin dərinliyi 15-20 metrə çatır. Araz çayının təbii yatağı məhv olub. Normalda su qıtlığı yaşayan Araz çayında batmaq mümkünsüzdür. Amma Qarabağ veteranı Ələsgər bəy bir oğlunu,bir nəvəsini itirdi ETSN-nin səhvi üzündən,Muxtar Babayev!
Muxtar Babayevin diqqətinə:

İmişli sakini İlqar hüseynli qeyd edir ki, hər problemi Dövlət Başçısının müdaxilə etməsinə qədər saxlayıb böyütməyə nə ehtiyac var.

“Gərək Ilham Əliyev desin ki, bu faciələrin qarşısı alınsın? Ağır tonnajlı qum yükləri istismar müddətini başa vurmamış yolları məhv edib. Dövlətə milyardlarla ziyan vurulur. Yollarda qurulan çəkiyə nəzarət edən postların hər birinin hər yükdən konkret məbləğdə rüşvəti var!

GUNDEMİNFO.AZ xəbər verir ki, ictimai fəallar mətbbuata müraciət edərək ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin diqqətinə mövcud problemi çatdırmağa nail olmaq istəyirlər.

“ Hörmətli mətbuat işçiləri, QHT rəhbərləri, IŞ üzvləri Imişli ciddi ekoloji fəlakətlə üz-üzədir. Kimsə milyonlar qazanacaq deyə buna biganə qalmayaq.

Bəlkə növbəti Söyüdlü olayının qarşısı indidən alınsın!






Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
463 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...