"İrşad Electroniks"dən yenə şikayət var - görəsən kimsə vətəndaşı dinləyəcəkmi?

"İrşad Electroniks"dən yenə şikayət var -
Şikayətim İrşad Electronicsdəndi. Servisə komputer vermişdim, qaytaranda adaptorun şunurunu vermədilər ki, bizə verilməyib. Nə qədər dil tökəndən sonra dedilər ki, kameraya baxıb 4 gündən sonra sizə xəbər edəcəyik. 4 gündən sonra getmişəm indi də şunuru qaytarıb amma üstündəki 3lü vilka yoxdu.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə "Müştəriyəm şikayətim" var qrupunda vətəndaşlardan biri yazıb.

O qeyd edib ki, günlərlə aldığı məhsulun ehtiyat hissəsini əldə edə bilməyib. İlk müraciətində vətəndaşa ümumiyyətlə ehtiyat hissəsini verdiklərini desələr də sonradan kamera görüntüsü ilə razılaşıblar.

Gundeminfo.az xəbər verir ki, vətəndaşın şikayətində tələbləri günlər sonra həllini tapıb, Lakin yenə də tam olmayıb.


"İndi də deyirlər ki, adaptoru təhvil aldıq, vilkanı yox. 1-ci dəfə də deyirdilər şunur yoxdu. Deyirəm hanı, deyir verməmsiz. Kamera görüntüsünü göstərin deyirəm, deyir hələ gəlməyib.

Gəlməyibsə şunuru necə tapdılar? Qıraqdan qaqaşın da biri öz aləmində məsləhət verir ki, 3 manatlıq villadı da. Deyirəm original sizdən almışam, deyir siz elə bilirsiz originaldı? Deyirəm sizin filialdan almışam hər nədisə, susurlar.

O biri qaqaş deyir, "özümünkin verib" . Belə qeyri-peşəkarlıq yoxdu həqiqətən. Müştəri pul verib mal alır ki, yoxa çıxanda işlənmiş mal verəsən? Kamera görüntüsü istəyirsən, elə bil Pentaqonun görüntüsünü verəcəklər, 5 gündü gəlib çıxmır. Üstəlik müştəriyə eyham vururlar ki, 3 manatlıq vilkadı da. Düşünmürlər müştəri 1 dəfəyə gəlib götürəcəyi şeyi, 3 dəfəyə edir. Bu müştərini artıq uşaq yerinə qoymaqdı. Camaatın sizin səhvinizə görə 3 dəfə sizin filiala gəlməyə məcbur deyil. O boyda şirkət çıxardıb təzəsini verə bilmədi. İşçilər də hamısı bir-birinin üstünə atır".

Vətəndaşın iddiaları ilə bağlı GUNDEMİNFO.AZ olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
411 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...