Fuad Nağıyev "Bakı Dəmir Beton-8"i nəzarətinə necə keçirdi? - Əmisi yenidən şirkət rəhbəri oldu

Fuad Nağıyev "Bakı Dəmir Beton-8"i nəzarətinə necə keçirdi? -

"Bakı Dəmir Beton-8" ASC Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin tam nəzarətinə keçib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bir vaxtlar dövlətə məxsus olan "Bakı Dəmir Beton-8" ASC artıq Fuad Nağıyevin nəzarəti altında fəaliyyət göstərir.

Fuad Nağıyev "Bakı Dəmir Beton-8"i nəzarətinə necə keçirdi? -


ASC-nin qeyri-qənaətbəxş və zərərlə fəaliyyət göstərməsi ilə əlaqədar 13 avqust 2021-ci il tarixdə növbədənkənar iclası çağırılıb və şirkətin ləğv edilməsi qərarı alınıb. Həmin vaxt verilən açıqlamada bildirildi ki, cəmiyyətin növbədənkənar ümumi yığıncağının keçirilməsi barədə "Foton” MMC-nin 12 avqust 2021-ci il tarixli yazılı tələbinin və Cəmiyyətin Müşahidə Şurasının 13 avqust 2021-ci il tarixli növbədənkənar iclasının qərarının icrası olaraq səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması zərurəti yaranıb.

Həmin iclasda Kəmaləddin Nağı oğlu Dadaşov Cəmiyyətin direktoru vəzifəsindən azad edilib. Onun yerinə agentliyin sədri Fuad Nağıyevin əmisi Ənvər Həsən oğlu Nağıyev təyin olunub. O, həm də şirkətin ləğv edilənədək qanunu təsisçisi təyin edilib.

Fuad Nağıyev "Bakı Dəmir Beton-8"i nəzarətinə necə keçirdi? -


Elə bundan sonra ləğv prossesində olan, qeyri-qənaətbəxş və zərərlə fəaliyyət göstərildiyi deyilən "Bakı Dəmir Beton-8" ASC-nin ləğvindən imtina edilib.

Bir il ərzində ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə borcu sıfıra enib.

"Bakı Dəmir Beton-8” ASC səhmdarlarının növbəti Ümumi Yığıncağı 23 iyun 2023-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Ə.Rəcəbli 11/33 ünvanında keçirilib.

Nizamnamə kapitalı 959 min 664 manat olan "Bakı Dəmir Beton-8" ASC-nin 07.26.2023-ci il tarixində yenidən reysterdən çıxarışı baş tutub. Ənvər Həsən oğlu Nağıyev şirkətin qanuni təmsilçisi təyin olunub.

Fuad Nağıyev "Bakı Dəmir Beton-8"i nəzarətinə necə keçirdi? -


Qeyd edək ki, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyev 2007-2009-cu illərdə "Bakı Dəmir-Beton-8" ASC-də baş direktor vəzifələrində çalışıb və şirkətin qanuni təmsilçisi olub.

Fuad Nağıyev "Bakı Dəmir Beton-8"i nəzarətinə necə keçirdi? -


Fuad Nağıyevin atası Hümbət Həsən oğlu Nağıyev 2006-cı ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin birinci müavini vəzifəsində çalışır. Əmisi Ənvər Nağıyev isə hazırda "Bakı Dəmir Beton-8" ASC-nin rəhbəridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
413 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...