AYNA-nın Ramin Əliyev KABUSU – Anar Rzayevin yaxın adamı Tarqovıda “AT OYNADIR”

AYNA-nın Ramin Əliyev KABUSU –
Ramin Əliyev kimdir? Ramin Əliyev Bakının düz mərkəzini – Tarqovı deyilən ərazini insanların kabusuna çevirən AYNA-nın işçisidir.

Özünü Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevin yaxın adamı kimi qələmə verən Ramin Əliyev etdiyi qanunsuz əməllərlə Tarqovıda “at oynadır”.

Ramin Əliyev dövlət qurumunu, yəni AYNA-nı xalqla üz-üzə qoyan pulgir şəxsdir.

AYNA-nın adından sui-istifadə edərək insanların qanını soran, cibini soyan bu bələdçi AYNA-nı insanların gözündən salır və nifrət oyadır.

Necə deyərlər, əlinə alıb AYNA-nın qılıncını, o tərəfə çapır, bu tərəfə çapır.

Tarqovının parklanma yerlərini özünün pul dağarcığı hesab edən Ramin Əliyev sürücülərə qənim kəsilib.
O, bu ərazidə maşın saxlayan hər bir kəsə (sakinlər istisna olmaqla) – obyekt, ofis, mağaza, restoran, kafe və s. iş yerlərinin sahiblərinə “tas” qoyub.
“Tas” nə az, nə çox, Ramin Əliyevin komfortunu təmin edəcək qədərdir – 300 manat!!!

Qılıncı ilə at oynadan bu şəxs deyir ki, bu pul yuxarıya çatır, yəni AYNA-ya. Bunun nə dərəcədə düzgün olduğunu yəqin ki, AYNA özü bilər.

Bizi isə onsuz da yerləşdiyi məkana görə yüksək arenda ödəyən iş adamlarının qanını zəli kimi soran və insanların kabusuna çevrilən Ramin Əliyev maraqlandırır.

Qılıncının dalı da, qabağı da kəsən Ramin Əliyevin quldurluğuna, özbaşınalıqlarına “dur”deyən yoxdur!

Vay parklanma yerinə görə 300 manatı verməyən, yaxud verə bilməyən, çıxışdırmayan avtomobil sahiblərinin halına… Həmin dəqiqə Ramin Əliyevin kameraları işə düşür, həmin avtomobilin şəklini, videosunu çəkib “yuxarılara” ötürür.

Bir sözlə, öl, canın çıxsın, Ramin Əliyevi dolandır, hər şeydən kəs, Ramin Əliyevə komfort həyat yaşat.

AYNA Ramin Əliyevə səlahiyyət verəndə məgər onu belə təlimatlandırıb ki, get, nə istəyirsən elə, sənə “yaşıl işıqdır”..?

Sürücüləri “tas”a otuzduran bu şəxsi AYNA-nın reketi kimi tanıyırlar. Çünki pulu AYNA-nın adından tələb edir, yəni özünü sudan quru çıxarıb AYNA-nı güdaza verir.

Yəni bəlkə də düz deyir, biz AYNA-nın Ramin Əliyev adlı bu quldur, yolkəsən, cibə girənlə bağlı görəcəyi tədbirdən sonra hər şeyi biləcəyik. Hələ ki AYNA Ramin Əliyevə “volya” verib, o da insanlara qənim kəsilib.

Ramin Əliyevin qılıncının altından 300 manatla keçməyən, keçməyə imkanı olamayanların bir gün ayağa qalxıb Prezident Aparatına şikayət edəcəyi gün isə elə də uzaq deyil.

Bu acınacaqlı vəziyyətdən, Ramin Əliyevin qanunsuz hərəkətlərindən bezən avtomobil sahibləri şikayət etməyə hazırlaşırlar.

Mövzunu davam etdirəcəyik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
329 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...