“Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Məlum olduğu kimi, İqtisadiyyat Nazirliyi “Milli Məkan” informasiya sisteminin yaradılması ilə bağlı tender elan edib. Tender dərhal yalnız İT bazarımızda nadir bir hal olan 21,8 milyon manatlıq büdcəsi ilə deyil, həm də layihənin geniş əhatə dairəsi ilə İKT icması və geniş ictimaiyyətin diqqətini cəlb edib. Bütün Azərbaycan vətəndaşlarına, habelə dövlət və kommersiya qurumlarına açıq olacaq vahid coğrafi informasiya sisteminin yaradılması nəzərdə tutulur. Bu sistemdə hər bir yerüstü obyekt haqqında mövcud ünvan və coğrafi işarə (geotaq) əsasında tam məlumat əldə etmək, eləcə də digər əlaqəli məlumatları əldə etmək mümkün olacaq. Layihə dövlət əhəmiyyətlidir, Azərbaycan Respublikası Prezidenti tərəfindən başladılmışdır və layihənin icrası Prezident Administrasiyasının daimi nəzarəti altındadır.
“Unikal” xəbər verir ki, büdcəsinin kosmik yüksək olduğu və yaradılacaq «Milli Məkan» sisteminin uzun illər istifadəyə hesablandığını nəzərə alaraq, belə bir ictimai əhəmiyyət kəsb edən layihə açıq və şəffaf tenderin keçirilməsini və “qiymət-keyfiyyət” prinsipi əsasında ən optimal İT həllinin seçilməsini nəzərdə tutur.
Təəssüf ki, tenderin başlanğıcından etibarən redaksiyamıza texniki sənədləri almış və "ədalətli" tenderdə iştirak edəcəyinə sadəlövhcəsinə inanmış İT şirkətlərindən çoxsaylı şikayətlər daxil olmağa başlayıb. Onların qarşılaşdığı ilk şey layihənin Texniki Tapşırığıdır – o, yüngül desək, tamamilə qeyri-peşəkar tərtib olunub, qarışıqdır, dəqiqlikdən məhrumdur. Belə bir Texniki Tapşırıqla traktor, restoran, hətta yeni il ağacı yığmaq olar.
Adətən belə böyük miqyaslı milli layihələrin texniki tapşırığı və konseptual planını McKinsey & Company, Boston Consulting Group, Deloitte, PwC, EY, KPMG kimi məşhur konsaltinq şirkətləri və digərləri hazırlayırlar. Bütün bu şirkətlər çoxdandır Azərbaycan bazarında möhkəm yer tutub və Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edirlər.
Belə çoxmilyonlu və ölkə üçün əhəmiyyətli bir layihə aparıcı konsaltinq şirkətləri tərəfindən ekspertizadan keçmədiyi iddia olunur. Halbuki, dövlət daha kiçik layihələrə belə, bu aparıcı dünya səviyyəli konsaltinq şirkətlərini cəlb edir və onların müşayiəti altında həyata keçirir. Bu layihə isə ümumiyyətlə, heç bir ekspertizadan keçməyib – Texniki Tapşırıqda bununla bağlı heç bir qeyd yoxdur.
Hazırlanacaq sistemin texniki tələblərində konkretlik yoxdur: iş həcmi (!!!) göstərilməyib, emal edilən məlumatların növləri qeyd olunmayıb, sistemin arxitekturasına, inteqrasiyasına və digər dəqiqləşdirici tələblərə dair heç bir göstəriş yoxdur.
Buna görə də obyektiv qiymət və optimal texniki həll təqdim etmək tamamilə mümkün deyil. Sənədləri alıb, redaksiyamıza müraciət edən İT şirkətləri vahid səslə bildirirlər ki, bu tender əvvəlcədən "alınıb" və qalib artıq müəyyən edilib. Sirr deyil ki, "böyük" fərqlə qalib gələcək şirkət “Caspel”dir, artıq iki ildir ki, bu şirkət "açıq-aydın" olaraq İqtisadiyyat Nazirliyində demək olar ki, bütün (!!!) İKT tenderlərini qazanır. Texniki tapşırıq, konkret "qalib"in maraqları nəzərə alınaraq hazırlanıb və onun qeyri-konkretliyi və qarışıqlığı bu oyunbazlığın müəllifləri olan Nazirlik əməkdaşlarına elə bir şərait yaradır ki, digər şirkətləri, o cümlədən, daha aşağı qiymət təklif edərək büdcə vəsaitlərinə qənaət edə biləcək şirkətləri istisna etmək mümkün olsun.
İT şirkətlərinin vəziyyəti aydınlaşdırma, əlavə məsləhətlər alma və ya maraqlandıqları sualları vermə cəhdləri tam etinasızlıq, səssizlik və ya qısa cavablarla qarşılanır.
21,8 milyon manat dəyərində olan və Prezidentin nəzarəti altında olan milli layihə ilə bağlı bütün bunlar gözümüzün önündə baş verir.
Daha da qəribə olan odur ki, bütün bunlar, öz funksional vəzifələrinə əsasən biznes üçün rəqabət mühitini, dövlət satınalmalarının şəffaflığını və s. təmin etməli olan (yaxın keçmişəcən Dövlət Satınalmaları Agentliyi ümumiyyətlə Nazirliyin strukturunda olub, islahatçı, intellektual və yenilikçi Mikayıl Cəbbərovun rəhbərlik etdiyi İqtisadiyyat Nazirliyində baş verir.
Bütün səlahiyyətli orqanları bu layihənin icrasının mənfi gedişatına diqqət yetirməyə və hələ gec olmamış Ziya Məmmədov üslubunda - böyük vəsaitlər xərcləyib, ilk yağışda parçalanan yollara bənzər növbəti dövlət layihəsinin yaranmasının qarşısını almağa çağırırıq.
112 dəfə oxundu