Bakıda sərnişin avtobusu qəzet əməkdaşını vuraraq öldürüb - FOTOLAR

Bakıda sərnişin avtobusu qəzet əməkdaşını vuraraq öldürüb -

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 132 saylı sərnişin avtobusunun vuraraq öldürdüyü piyadanın şəxsiyyəti müəyyənləşdirilib.
“Report”un xəbərinə görə, bu, Yevlax rayon sakini 1955-ci il təvəllüdlü Fərəcov Eldar Abış oğludur. Belə ki, E.Fərəcov işdən evə qayıdarkən yolu keçmək istəyib. Bu zaman onu avtobus vurub.

E.Fərəcov 2001-ci ildən “Qoroskop” qəzetində satış müdiri vəzifəsində çalışıb. “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli “Report”a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, E.Fərəcov 2001-ci ilə qədər “Ədalət” qəzetinin satış müdiri olub.

Xatırladaq ki, avtobusun sürücüsü Məhərrəm Paşayev saxlanılıb, araşdırmalar davam etdirilir.


Bakıda sərnişin avtobusu qəzet əməkdaşını vuraraq öldürüb -




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
869 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...