Ankarada qətlə yetirildiyi sərgi salonuna Rusiya səfirinin adı verildi

Ankarada qətlə yetirildiyi sərgi salonuna Rusiya səfirinin adı verildi

Ankaradakı Müasir İncəsənət Mərkəzinin sərgi salonuna Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andrey Karlovun adı verilib.

TASS xəbər verir ki, səfirə həmin zalda sui-qəsd edilib. Məlumata görə, ad verilməsi ilə bağlı keçirilən mərasimdə Ankaranın Çankaya rayonu bələdiyyəsinin sədri Alper Taşdelen diplomatın qətlinin Türkiyə və Rusiya xalqlarının hiddətinə səbəb olduğunu söyləyib: “Bu zal həmişə Andrey Karlovun xatirəsini yaşadacaq”.


Qeyd edək ki, Türkiyənin paytaxtı Ankara şəhərindəki Rusiya səfirliyinin yerləşdiyi küçəyə dekabrın 19-da qətlə yetirilmiş səfir Andrey Karlovun adı verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
855 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...