“Mənimlə bağlı da nə qərar veriləcəyini bilmirəm” - Namiz Həsənov

“Mənimlə bağlı da nə qərar veriləcəyini bilmirəm” -


Prezidenti İlham Əliyevin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncamla Azərbaycanda 2 nazirlik birləşdirildi. Sərəncama uyğun olaraq Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Bu halda Ziya Məmmədov faktiki olaraq nazir postundan uzaqlaşdırılmış oldu.

Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov Modern.az-a məlumatları mətbuatdan izlədiyini açıqlayıb. O deyib ki, sərəncamdan irəli gələrək 2 ay uyğunlaşma vaxtı müəyyən olunacaq:
“Bu müddət ərzində bütün məsələlərə aydınlıq gətiriləcək. Amma Ziya müəllim bu gün işdə olub. Onun işdən azad olunması ilə bağlı sərəncam oxumamışam. Amma yeni nazirlik yaradılıbsa, bu, faktiki olaraq ləğv olunma deməkdir. Bəlkə də vəzifədən azad edilmə ilə bağlı əlavə sərəncam imzalanacaq. Hər halda bu, ölkə başçısının sərəncamında olan məsələdir. Ona görə də mən şərh verə bilmirəm”.

Ziya Məmmədovun yeni vəzifəyə təyin olunması ilə bağlı xəbərlərə gəlincə, N.Həsənov bununla bağlı qərarı yalnız Prezidentin verə biləcəyini açıqlayıb.

Katiblik rəisi qeyd edib ki, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi yaradıldığından Nəqliyyat Nazirliyinin işçilərinin yeni yaradılmış nazirliyə transfer olunacağı gözlənilir:

“Hələ mən özümlə bağlı də nə qərar veriləcəyini bilmirəm. Ona görə də gözləmək lazımdır. Hər halda yeni yaradılan nazirlikdə nəqliyyatçılara da ehtiyac olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1006 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...