71 təşkilat QHT Şurasının müsabiqəsindən kənarlaşdırılıb

71 təşkilat QHT Şurasının müsabiqəsindən kənarlaşdırılıb


Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası martın 4-də 2017-ci ilin birinci qrant müsabiqəsinə yekun vurub. 317 layihənin maliyyələşməsi haqqında qərar qəbul edilib. QHT Şurasının qərarından narazı qalan təşkilatlar var.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Modern.az-a açıqlamasında narazılıqlar barədə danışıb.

“Bütövlükdə 519 layihə şuranın rəyasətinə çıxarılıb. Şura ekspertlərin rəylərini nəzərə alaraq 317 layihənin maliyyələşməsi haqqında qərar qəbul etdi. Bu qərar şuranın rəsmi internet səhifəsində dərc olundu. Müsabiqə qalibləri ilə yanaşı, qalib olmayan QHT-lər elan olunub. 71 təşkilat Şuranın müsabiqəsindən kənarlaşdırılıb. Həmin QHT-lərin müsabiqədən kənarlaşdırmalarının səbəbi izah edilib. Təbii ki, hər bir müsabiqədən sonra onun nəticələrinə münasibət birmənalı olmur. İstənilən təşkilatın müsabiqənin nəticələri ilə bağlı şikayətinə baxılacaq. Həmin şikayətlərə baxılarkən təkcə apellyasiya üzvləri deyil, eyni zamanda media nümayəndələri də iştirak edəcək. Layihə ilə bağlı fikirlər canlı şəkildə QHT sədrlərinə və təmsilçilərinə bildirilir.
Ötən il şura 70-ə yaxın QHT-nin apelyasiya şikayətinə baxdı və onlardan 18-nin maliyyələşməsi ilə bağlı Apellyasiya Komissiyası Şuraya tövsiyə təqdimatını verdi. Həmin təqdimatlar Şura tərəfindən nəzərə alındı və 16 təşkilata maliyyə dəstəyi ayrıldı.
İndiki apellyasiya şikayətlərinə də əvvəlki təcrübədən yararlanıb baxacağıq. Şuranın qəbul etdiyi qərarın hansı prinsiplər əsasında aparıldığı bir daha QHT-lərə izah olunacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
821 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...