Azərbaycanda avtomobillərin dövlət qeydiyyatı şərtləri dəyişdi
Azərbaycanda nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınma qaydaları dəyişdirildi.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında "Yol hərəkəti haqqında" qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün yeni tələblər irəli sürülür. Qanuna əlavə edilməsi təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsi dövlət qeydiyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir.
Qeyd edək ki, hazırda avtomobillərin təkrar və ilk dəfə dövlət qeydiyyatından keçirilməsi zaman texniki baxış tələb olunmur. Dəyişikliyə əsasən isə, əgər avtomobil bu il texniki baxışdan keçirilməlidirsə və nəqliyyat vasitəsi təkrar və ya ilk dəfə qeydiyyata alınan tarixə qədər keçirilməyibsə, bu halda polis avtomobilin dövlət qeydiyyatına alınması üçün texniki baxışdan keçirməyi də qanunla tələb edəcək.
Dəyişikliklər səsə qoyularaq qəbul edilib.
833 dəfə oxundu