Burun eşməyin ilginc faydası

Burun eşməyin ilginc faydası

Moderator.az xəbər verir ki, aparılan bir araşdırma burun eşməyin və hətta yeməyin sağlamlığa faydalarını ortaya çıxarıb.

Yəqin ki, uşaqlığınızdan etibarən burun eşməyin iyrənc bir vərdiş olduğunu düşünmüsünüz. Gigiyenik olmaması ilə yanaşı, burnunuzu eşərkən içindəki həssas dəriyə zərər verə bilərsiniz və bu da boşluqda infeksiyaya rəvac verə bilər.

Lakin yaxın zamanda aparılan bir tədqiqatda burnunu eşən insanların daha sağlam olduğunu ortaya çıxıb. Mütəxəssislər uşağınızı burnun eşərkən gördüyünüzdə mane olmamağınızı məsləhət görür.

Tədqiqatın ikinci hissəsini oxumazdan əvvəl mədənizi hazırlayın, çünki ürəyiniz bulana bilər. Belə ki, Professor Fridrix Bischinger burundan çıxarılan quru qalıqları yeməyin immunitet sistemini gücləndirdiyini açıqlayıb. "Burun bakteriyaların yığıldığı bir filtr kimidir. Bu yığınlar bağırsağa enəndə dərman vəzifəsini görür" deyib.

Elm insanları burun seliyinin xeyirli bakteriyalar baxımından zəngin olduğunu və bu bakteriyaların dişlərə yapışaraq çürümələrə səbəb olan bakteriyaların qarşısını aldığını bildirir. Dişlərə olan faydasını tapdıqdan sonra mütəxəssislər burun seliyindən diş məcunu istehsalında istifadə etmək fikri üzərində də işləməyə başlayıb.

Amerikan Mikrobiologiya Cəmiyyətinin tapıntıları eyni zamanda seliyin tənəffüs infeksiyaları, mədə xorasının qarşısını aldığını açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1095 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...