Kənd Təsərrüfatı Nazirliyi gülçülük sahəsinə nəzarət etmir
XX əsrin 70-ci illərində Azərbaycanda böyük gülçülük təsərrüfatları olub. Həmin dövrdə Bakı kəndlərindən Zabrat, Maşatağa, Naradarn, Bilgəh, Mərdəkan və Şüvəlanda gülüçülük sovxozları fəaliyyət göstərib. Hansı ki, onlar həm Azərbaycanı, həm də SSRİ-ni güllə təmin edirdi.
Şəki-Zaqatala bölgəsində isə respublikada ilk dəfə olaraq sənaye xarakterli gülçülük təsərrüfatı yaradılmışdı. Sovet İttifaqı dağılandan sonra Azərbaycanda gülçülük təsərrüfatları geriləməyə başladı.
Hazırda Azərbaycanda bu səhə ilə məşğul olan təsərrüfatların sayı elə də çox deyil. Fəaliyyət göstərən təsərrüfatlar yenə də əsasən Bakı kəndlərindədir, amma əvvəlkindən xeyli kiçikdirlər. Hazırda həmin təsərrüfatlarda zambaq, nərgizgülü, qızılgül, xrizantema, kala yetişdirilir.
Azərbaycanda gülçülüyün inkişafını ləngidən bir sıra amillər mövcuddur ki, buna aşağıdaklar aiddir: maliyyə çatışmazlığı; bu sahəni bilən kadrların azlığı maarifçiliyin aşağı olması; satış bazarlarına daxil olmağın çətinliyi.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Modern.az-a deyib ki, əvvəllər bu sahə təmsil etdiyi qurumun nəzarətində olsa da, sonradan özəl sektora çevrilib:
“Hazırda gülçülük özəl sektora daxildir. Ona görə də gülçülük sahəsinin inkişafı, statistik rəqəmlər barədə məlumatımız yoxdur”.
1035 dəfə oxundu