Bu meyvə xərçəngin qarşısını alır

Bu meyvə xərçəngin qarşısını alır


İtaliyada aparılan bir araşdırma qadınların hər gün 10 ədəd çiyələk yeməli olduğunu ortaya qoyub.

Bəs niyə?


Araşdırmaya görə, hər gün 10-15 ədəd çiyələk yemək döş xərçənginin yaranmasının və mövcud şişlərin yayılmasının qarşısını alır. Çiyələyin tərkibindəki elastik asit və antosiyanin maddələri şişlərə qarşı mübarizədə mühüm rol oynayır.

Unikal.org çiyələyin digər faydalarını da təqdim edir.

- Faydaları sırasında ilk olaraq C vitamini ilə zəngin olması gəlir. 8 ədəd çiyələk yeyərək, gündəlik C vitamini ehtiyacını qarşılaya bilərsiniz.

- Pis xolesterolu azaldır.

- Xəstəliklərə qarşı bədən müqavimətini artırır. Xərçəngə qarşı qoruyur, alzheimer xəstəliyinin riskini azaldır, ürək və damar sağlamlığını qoruyur.

- Yaşlanmayla bağlı problemlərin qarşısını alan antioksidant tərkiblidir.

- Şəkər xəstələri çiyələk yeməkdən ehtiyat etsələr də, bir kasa çiyələkdən ziyan gəlməz. Üstəlik qan şəkərini qoruyur.

- Xroniki qəbizlik probleminə qarşı faydalıdır.

- Dəri üçün faydalı olan çiyələk tərkibindəki C vitamini sayəsində dəri quruluğu, qırış kimi problemlərin qarşısını alır.

- Sümüyü möhkəmləndirən fermentlərin istehsalında manqanez əhəmiyyətli rola malikdir. Çiyələyin tərkibində bu mineral var.ailem.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
841 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...