Mobil Diş Klinikası təmənnasız yardımı davam etdirir

Mobil Diş Klinikası təmənnasız yardımı davam etdirir

“Azercell Telekom” MMC-nin Mobil Diş Klinikası 2017-ci ilin yanvar-iyun ayları ərzində həyata keçirdiyi müayinələr haqqında hesabatı açıqlayıb. Yanvar ayında Mobil Diş Klinikası Pirşağıda 10 saylı internat evindəki 124 uşağa xidmət göstərib. Fevral və mart ayları ərzində klinikanın həkimləri Zəngilan şəhərciyi tam orta məktəbinin 50 nəfər şagirdini müayinəyə cəlb ediblər. Aprel və may aylarında Əhmədli qəsəbəsi SOS Uşaq Kəndində məskunlaşan 102 nəfər uşaq peşəkar stomatoloji xidmətdən yararlana bilib. İyun ayında isə həkimlər Yasamal Rayonu Əlillər Təşkilatında 47 nəfərə təmənnasızyardım ediblər.
Mobil Diş Klinikası təmənnasız yardımı davam etdirir

Ümumilikdə yanvar-iyun ayları ərzində 323 nəfər müayinədən keçib.

Yalnız Bakıda deyil, regionlarda yaşayan kimsəsiz uşaqlara da yardım etməyi hədəfləyən Mobil Diş klinikası indiyə qədər Şəki, Quba, Qusar, Lənkəran, Lerik və Balakəndə yerləşən İnternat məktəbi və uşaq evində, Gəncədə SOS Uşaq kəndi və İnternat Məktəbində, Biləsuvarda yerləşən Qaçqın düşərgəsində və internat məktəbində uşaqlara xidmət göstərib.

Qeyd edək ki, Azərbaycandakı əksər uşaq evlərində stomatoloji kabinetin olmamasını nəzərə alan “Azercell Telekom” MMC Mobil Diş Klinikasını ən müasir tibbi avadanlıqla təchiz edib.Fəaliyyət göstərdiyi 6 il ərzində 4000-dən çox insan Mobil Diş Klinikasının həkimləri tərəfindən müayinə edilib, ehtiyac olduğu təqdirdə müalicə alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
901 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...