“Yay kampaniyası” ilə “Nar” istifadəçilərinin yay istirahəti daha rəngarəngdir
Yay mövsümündə artan mobil rabitə tələblərini qarşılamaq üçün “Nar” yeni “Yay kampaniyası”na başladı. Kampaniyadan yararlanan “Nar” istifadəçiləri сəmi 59 qəpik ödəməklə hər gün 25 dəqiqə ölkədaxili danışıq və 100 Mb internet traffik əldə edir.
Paketə qoşulmaq üçün “Yay” yazıb 777 qısa nömrəsinə göndərmək və ya 777#59#YES şifrəsini yığmaq kifayətdir. Paketə qoşulmaq üçün “Yay” yazıb 777 qısa nömrəsinə göndərmək və ya 777#59#YES şifrəsini yığmaq kifayətdir. Mövsümi xarakter daşıyan bu kampaniyaya qoşularkən aktivləşdirmə SMS vasitəsilə edilərsə, cari tarifə uyğun olaraq balansdan 1 SMS-in qiyməti qədər məbləğ çıxılır. Aktivləşdirmə barədə SMS aldıqdan sonra telefonu söndürüb yenidən yandırmaq lazımdır.
“Yay kampaniyası”, operatorun digər tarif və kampaniyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksək keyfiyyətli xidmət göstərir.
873 dəfə oxundu