"Rustavi-2" telekanalının əmlakı müsadirə edildi

"Rustavi-2" telekanalının əmlakı müsadirə edildi


Gürcüstanfa Tiflis Şəhər Məhkəməsi "Rustavi-2" telekanalının əmlakı üzərinə həbs qoyulması barədə hökm çıxarıb.

Bu qərar kanalın keçmiş sahiblərindən biri Kibar Xalvaşinin iddiası əsasında qəbul edilib. K.Xalvaşi mülkiyyət hüququndan qanunsuz məhrum edildiyini iddia edir. Məhkəmənin həbs qərarı teleşirkətin yerləşdiyi torpaq sahəsini əhatə edir. Bundan əvvəl şirkətin avtomobil parkı müsadirə olunmuşdu. "Rustavi-2"-nin baş direktoru Nika Qvaramiya bildiridb ki, məhkəmə teleşirkətə hər hansı bankla əməliyyatlara girməyi qadağan edib, halbuki onun bank hesabları dondurulmayıb. N.Qvaramiya bildirib ki, telekanal yayınlarını davam etdirir.

Teleşirkətin rəhbərliyi Xalvaşinin iddiasının siyasi motivli olduğunu və telekanalın Gürcüstan hökumətini tənqid etdiyi üçün cəzalandırıldığını bildirir. Müxalifət hesab edir ki, bu məhkəmə qərarının arxasında birbaşa Gürcüstan hökuməti dayanır.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, o, ədalətin tərəfindədir, "Rusitavi-2" məsələsində isə söhbət təsərrüfat subyektləri arasında mübahisədən gedir. Əvvəllər "Rustavi-2"-nin 100 faiz səhmlərinə sahib Xalvaşi öz payını hissələrlə 2006-cı ildə satıb. O, hazırda xaricdə yaşayır. Qvaramiyanın sözlərinə görə, mübahisəsi gedən əmlak son üç il ərzində alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1096 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...