“Azər-Türk Bank"a yeni sədr təyin olunub

“Azər-Türk Bank"a yeni sədr təyin olunub


Bu gün “Azər-Türk Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. "Report"un verdiyi xəbərə görə, yığıncaqda “Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub. Belə ki, bu vəzifəyə 2 sentyabr 2014-ci il tarixindən İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyən Fərhad Adıgözəlov təyin olunub.

Məlumat üçün bildirilir ki, F.Adıgözəlov 22 iyul 2015-ci tarixindən "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edir. Bundan başqa, Bankın yerli struktur bölmələri üzrə də yeni kadr təyinatları olub. Belə ki, Bankın yeni açılmış “Yasamal” filialına müdir vəzifəsinə Adil Firuddin oğlu Gözəlov təyin olunub, “Gəncə” fililialının müdiri vəzifəsinə Anar İsmayıl oğlu Hüseynov təsdiqlənib və “Mərkəz” filialının müdiri vəzifəsinin icrası isə müvəqqəti olaraq müdir müavini Turab Ələmşah oğlu Babayeva həvalə edilib.

Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur və dövlətə məxsus səhmlərin saxlayıcısı Əmlak Məsələləri Dövlət Komitəsidir. Eyni zamanda, Azərbaycan Prezidentinin 7 avqust 2009-cu il tarixli fərmanına uyğun olaraq, nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların idarə edilməsində dövlətin adından Maliyyə Nazirliyi iştirak edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1214 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...