Fərid Orucov "Azər-Türk Bank"ın baş direktoru təyin olunub

Fərid Orucov "Azər-Türk Bank"ın baş direktoru təyin olunub


"Azər-Türk Bank" ASC-də daha bir kadr dəyişikliyi baş verib.

"APA-Economics"in xəbərinə görə, Fərid Temraz oğlu Orucov bankın baş direktoru vəzifəsinə təyin olunub. Bundan öncə F. Orucov bankın nağd vəsaitlərlə iş departamentinin direktoru olub. F. Orucovdan öncə bu vəzifəni Xudayev Afiq Aslan oğlu tutub. Hazırda o, İdarə heyətinin sədr müavinidir. Bankın digər baş direktoru Hüseynov Rəsul Hüseyn oğludur.

Yeni formalaşan İdarə Heyətinə Adıgözəlov Fərhad Əsgər oğlu rəhbərlik edir. İdarə Heyəti sədrinin digər müavini Məmmədova Rumiyə Ağacəfər qızıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1424 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...