Sabah Bakıda 31 dərəcə isti olacaq

Sabah Bakıda 31 dərəcə isti olacaq


Sabah Bakıda 31 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sentyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 27-31, Bakıda gecə 21-23, gündüz 27-31 dərəcə isti olacaq.
Sentyabrın 3-də Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1067 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...