Mərkəzi Bankın 1.2 milyard vəsaiti buxarlandı

Mərkəzi Bankın 1.2 milyard vəsaiti buxarlandı


Azərbaycanın pul bazası 2015-ci ilin avqust ayı ərzində 1 115,5 mln. manat və ya 14,94% azalaraq sentybarın 1-nə 6 352,1 mln. manat təşkil edib.

Mərkəzi Bankdan verilən xəbərə görə, pul kütləsində azalma ilin əvvəli ilə müqayisədə 44,97%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 45,91% olub. Qeyd edək ki, cari ilin yanvar ayından müşahidə edilən azalma may ayında müvəqqəti olaraq artımla əvəzlənsə də, bu, bir ay çəkib və yenidən azalma ilə əvəz edilib.

Xatırladaq ki, pul kütləsinin həcmi cari il yanvarın 1-nə 11 541,9 mln. manat, fevralın 1-nə 10 551,0 mln. manat, martın 1-nə 9 109,9 mln. manat, aprelin 1-nə 8 339,4 mln. manat, mayın 1-nə 7 418,6 mln. manat, iyunun 1-nə 7 597,3 mln. manat, iyulun 1-nə 7 487,0 mln. manat, avqustun 1-nə isə 7 467,5 mln. manat təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1160 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...