SOCAR Mənsimovun yaxta limanını almaq üçün heç bir danışıq aparmır

SOCAR Mənsimovun yaxta limanını almaq üçün heç bir danışıq aparmır


Azərbaycanın dövlət neft şirkəti SOCAR Türkiyədə azərbaycanlı oliqarx, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun Bodrumdakı “Palmarina” yaxta limanını almaq üçün heç bir danışıqlar aparmır. Bu barədə virtualaz.org saytına SOCAR-dakı mənbələr məlumat verib.

Mənbə bildirib ki, Türkiyənin “Finansgündemi” qəzetində bu barədə dərc edilmiş məlumatlar yalandır. Habelə Mübariz Mənsimovun yaxın çevrəsindəki mənbə məlumatı təkzib edib. Bildirib ki, azərbaycanlı iş adamı “Palmarina”nı satmaq barədə heç bir şirkətlə, o cümlədən SOCAR-la heç bir danışıqlar aparmır.

Xatırladaq ki, SOCAR-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Turkey”lə Mənsimov arasında “Palmarina” yaxta limanının alınmasına dair “konstruktiv danışıqların getdiyinə” dair “Finansgündemi” qəzeti bu gün məlumat yayıb. “Palmarina” dünyanın ən lüks yaxtalarının yan aldığı və onların sahiblərinin istirahət üçün seçdiyi məkandır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1058 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...