Daxili İşlər Nazirliyi baş redaktorun təhdidinə münasibət bildirdi

Daxili İşlər Nazirliyi baş redaktorun təhdidinə münasibət bildirdi


Vasif Turan məsələ ilə bağlı aidiyyati qurumlara müraciət edib

Xəbər verdiyimiz kimi bir neçə gündür ki ,Bolgexeber.tv-nin “başı bəlaya düşüb”. Belə ki , efirə gedən süjetlərdən biri ilə bağlı sözügedən zavodun rəhbəri ofisimizə durmadan zənglər edir və müxtəlif şəxslər göndərir. Özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edən Cəfər adlı şəxs ötən gün TV-yə gələrək, kanal rəhbərliyinə və əməkdaşlarına hədə-qorxu gəlib. Bundan sonra TV-nin rəhbəri Vasif Turan məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edib. Müraciətə Daxili İşlər Nazirliyindən münasibət bildirilib.

DİN-nin xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin belə bir əməkdaşı yoxdur və qurumun adından istifadə edən həmin şəxs lazımi cəzanı alacaq. Biz də öz növbəmizdə ümid edirik hörmətli cənab nazir Ramil Usubov məsələni nəzarətdə saxlayacaq və baş redaktoru təhdid edən şəxs cəzalanacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1771 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...