"Azərbaycanda 277 dərmanın qiyməti dəyişib" - Əli Əsədov

"Azərbaycanda 277 dərmanın qiyməti dəyişib" -
"Azərbaycanda 277 dərmanın qiyməti dəyişib".

“Report” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin dekabrın 9-da keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda dərmanların qiymətlərinin tənzimlənməsini Tarif Şurası müvafiq qaydalara uyğun həyata keçirir: "Şuranın tənzimlədiyi 13 493 adda dərmandan son qiymət artımı səbəbindən 277 adda dərmanın qiyməti dəyişib. Bu da ümumi dərmanların 2 %-ni təşkil edir. Onlardan da 126-sı Rusiya, Ukrayna və Belarus istehsalıdır. Bu ölkələrdən dərman idxalında qiymət artımı qaçılmaz idi. Son zamanlar bir neçə adda dərman çatışmazlığı, təchizatı məsələsində problemlər qaldırılıb və hökumət bunu da ciddi nəzarətə götürüb".

Baş nazir həmçinin möcud qanunvericiliyə görə fiziki şəxslərin şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini ölkəyə gətirə bildiyini də xatırladıb.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
853 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...