Ölən də, öldürən də müəllim imiş... - Gəncədəki qətlin təfərrüatı
Gəncədə 1 nəfərin ölümü, 2 nəfərin bıçaqlanması ilə nəticələnən insidentin bəzi təfərrüatları məlum olub.
“Qafqazinfo”nun məlumatına görə, qətli törətməkdə şübhəli bilinən Kamal Bayramov öldürülən Əli Bayramovla qohum olub. O, hətta bir müddət Əlinin evində qalıb. Tərəflər arasında münaqişə isə borc pul üstündə olub. Belə ki, Ə.Bayramov ailədən olan bir nəfərdən ilk dəfə 5 min, ikinci dəfə isə 2700 manat alıb, amma pulları geri qaytarmayıb. Mübahisə də bu səbəbdən yaranıb.
Kamal Bayramovun anası Ofelya Bayramova “Qafqazinfo”ya hadisə barədə danışıb:
"Dünən bu vaxtı Əlinin qaynanasına zəng etdim ki, bizim pulumuzu alıb qaytarsın. Telefonu qadının əlindən alaraq dedi ki, tapançam var, gəlib sizi öldürəcəm. Sonra isə hazırda yaralı olan oğluma dedi ki, filan yerə gəl. Mən qoymadım və qapını bağladım, sonra da işə getdim. Qayıdan zaman eşitdim ki, bu hadisə baş verib".
Məlumat üçün bildirək ki, qətli törədən K.Bayramov tarix müəllimi, qətlə yetirilən Ə.Bayramov isə Daşkəsən rayonunda İngilis dili müəllimi işləyib. Hadisə zamanı digər bıçaqlanan Niyazi Bayramov isə Kamalın qardaşıdır.
455 dəfə oxundu