Son günlər Xankəndidən çox sayda erməni Bakıya zəng edir - VİDEO
Qarabağda yaşayan ermənilər üçün yaradılan "qaynar xətt"ə indiyə qədər çox sayda zəng daxil olub. Yüzlərlə erməni Bakıya zəng vuraraq Laçın yolunun niyə bağlı olduğunu soruşub.
Zəng edən ermənilər məsələ ilə bağlı bizim məqsəd və məramımızı öyrənməyə çalışırlar. Təbii ki, həmin şəxslərə izah olunur ki, yolu biz bağlamamışıq.
Yeniavaz.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bunu Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi"nin rəhbəri Dilarə Əfəndiyeva deyib.
Laçın-Xankəndi yolunda etiraz aksiyasının təşkilatçlarından biri olan hüquq müdafiəçisi Dilarə Əfəndiyeva deyir ki, aksiyanın ilk günündən məlum oldu ki, proses uzanacaq.
“Çünki sülhməramalı qoşunlar tələblərə cavab vermirdi, biz də öz fikrimizdə qəti idik. Aksiya uzandıqca sülhməramlılar yolu bağladılar və mən fikirləşdim ki, Qarabağda yaşayan ermənilər arasında humanitar problem mövcud olacaq”,- D.Əliyeva deyir.
Hüquq müdafiəçisi bildirir ki, Qarabağda yaşayan ermənilər üçün yaradılan "qaynar xətt"ə indiyə qədər çox sayda zəng daxil olub.
Onun sözlərinə görə, Qarabağ bölgəsindən "qaynar xətt"ə müraciət edənlərin məxfiliyinə tam zəmanət verilib.
Ətraflı videomaterialı təqdim edirik:
487 dəfə oxundu