Özünü yandıran şəxslə bağlı Baş Prokurorluqdan açıqlama

Özünü yandıran şəxslə bağlı Baş Prokurorluqdan açıqlama
Sosial şəbəkələrdə Qarabağ müharibəsi iştirakçısı olduğu iddia edilən şəxsin özünü yandırmasına dair məlumat və videogörüntülər paylaşılıb.

Bununla bağlı Baş Prokurorluqdan Gundeminfo.az-a bildirilib ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasında özünü yandırmış 1983-cü il təvəllüdlü Rəvan Fətəliyev ümumiyyətlə müharibə iştirakçısı olmamış, ona müharibə ilə əlaqədar əlillik təyin edilməyib.

İlkin araşdırma zamanı Rəvan Fətəliyevin pensiya ödənişi ilə bağlı özünü yandırması, əl və üz nahiyəsində I dərəcəli yanıq izlərinin olması və hazırda vəziyyətinin stabil, qənaətbəxş olması müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
586 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...