Həkim xərçənglə bağlı açıqlamasından sonra deputatı ittiham etdi

Həkim xərçənglə bağlı açıqlamasından sonra deputatı ittiham etdi
"Zərərli vərdişlər, qidalar, genetik faktorların hər biri xərçəng xəstəliyinin yayılmasına səbəb olur. Statistikaya görə, bütün dünyada birinci yerdə ürək-damar xəstəlikləridisə, ikinci yeri onkoloji xəstəliklər tutur".

Bunu Qaynarinfo-ya açıqlamasında həkim Aydın Əliyev parlamentin səhiyyə komitəsinin sədri, millət vəkili, akademik Əhliman Əmiraslanovun "bəd xassəli şişlərin yaranması 35-40 faiz hallarda keyfiyyətsiz qidalarla əlaqədardır" fikrini şərh edərkən deyib.

Həkim hesab edir ki, proflaktik təbabətin inkişafı çox önəmlidir:

"Yəni insanlar vaxtaşırı proflaktik müayinələrdən keçməlidir. Qohumlarında, ata-anasında, babasında, nənəsində, bir sözlə, yaxın doğmalarında onkoloji xəstəliklər olan insanların vaxtaşırı müayinələrə cəlb edilməsi önəmlidir. Alimlərdən birinin belə bir sözü var idi. Deyirdi ki, onkoloji xəstənin həkimə ilk müraciət şansı əksər hallarda həm də onun son şansıdır. Düzgün dəyərləndirilməzsə, zaman itkisi xəstənin həyatını itirməsinə səbəb olar".

Aydın Əliyev insan sağlamlığında qida faktorunun çox önəmli olduğunu vurğulayıb:

"Buna Qida Təhlükəsizliyi Agentliyi ciddi nəzarət etməlidir. Təəssüflər olsun ki, bizim ölkədə keyfiyyətsiz qidalar çoxdur. İstər daxili istehsalda, istərsə də idxalda biz bunu görürük. Onların düzgün dəyərləndirilməsi, insanlara məlumat verilməsi vacibdir. Zərərli faktorları çox olan qida məhsullarının satışdan çıxarılması, satışına və idxalına qadağa qoyulması və s. kimi kompleks tədbirlər görülməlidir".

Aydın Əliyevin sözlərinə görə, insanlar ildə bir dəfə genetik analizlərdən keçməlidir:

"Əgər gendə bir problem varsa və gələcəkdə ciddi xəstəliyə səbəb ola bilərsə, bu analizlərin nəticəsində onun vaxtında qarşısı alına bilər".

Aydın Əliyev ölkə səhiyyəsinin bu günə düşməsində Əhliman Əmiraslanovu da ittiham edib: "Ölkə səhiyyəsinin bu hala düşməsində 25 il Tibb Universitetinə rəhbərlik etmiş hörmətli akademikin də "xidmətləri" az deyil".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
257 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...