“Bank Respublika” son yığıncağında hansı qərarları verib?

“Bank Respublika” son yığıncağında hansı qərarları verib?
“Bank Respublika” böhranlı vəziyyətlə üzləşib. Tribunainfo.az xəbər verir ki, buna səbəb bankdan əmanətçilərin kütləvi şəkildə pullarını geri çəkmələridir.
Belə ki, son 9 ayda “Bank Respublika”dan geri çəkilən pulların məbləği 101 milyon manat olub ki, bu da sözügedən qurumu çətin vəziyyətə salıb.
Qeyd edək ki, oktaybrın 15-də bank səhmdarları toplaşaraq, yaranmış vəziyyəti müzakirə ediblər. Lakin bununla bağlı mediaya heç bir açıqlama verilməyib. Gələn xəbərlərdə isə deyilir ki, “Bank Respublika” səhmdarları həmin toplantıda banka hazırda rəhbərlik edən Müşahidə Şurasının sədri Şakir Rəhimov və İdarə Heyətinin sədri Tariyel İsmayılovun fəaliyyətlərini müzakirə ediblər. Lakin onlarla bağlı yekun qərar verilməsi məsələsi il sonuna saxlanılıb.
Bəzi iddialara görə, il sonuna qədər sözügedən şəxslər etimadı doğrulda bilməsələr, onları başqaları əvəzləyəcək. Məsələn, Müşahidə Şurası sədrinin müavini Yohannes Meynhardt Şakir Rəhimovun yerini tuta bilər. Mümkündür ki, bu şəxs İrina Şmidt də olsun. Tariyel İsmayılovun missiyasını isə müavini Elnur Həsənova tapşırılacağı istisna edilmir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
285 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...