Rubl dollar və manat qarşısında sürətlə ucuzlaşır

Rubl dollar və manat qarşısında sürətlə ucuzlaşır
Rusiyanın milli valyutası son bir ay ərzində dollar qarşısında 6% dəyərdən düşüb.
Yeniavaz.com xəbər verir ki, oktyabr ayının 25-də 1 dollar 96,5 rubla bərabər olduğu halda, bu gün bir dollar 102,5 rubl olub.
Qeyd edək ki, 4 gün əvvəl – noyabr ayının 22-də 1 dollar 104,3 rubla kimi bahalanıb.
Onu da bildirək ki, son bir ayda Rusiyanın milli valyutası Azərbaycan manatı qarşısında da sürətlə ucuzlaşıb. Oktyabr ayının 25-də 1 rubl 1,75 qəpiyə bərabər olduğu halda, son bir ayda 6,8% ucuzlaşaraq bu gün bir rubl 1,63 qəpik olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
37 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...