Vilayət Eyvazov Balakəndə vətəndaşları qəbul edəcək

Vilayət Eyvazov Balakəndə vətəndaşları qəbul edəcək
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Balakəndə vətəndaşları qəbul edəcək.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2024-cü il dekabr ayının 4-də Balakən Rayon Polis Şöbəsinin inzibati binasında nəzərdə tutulan görüşdə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək:

"Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 03.12.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur".




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
37 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...