Atilla Kaya: “Onlar Azərbaycanın və Türkiyənin düşmənləridir”

Atilla Kaya: “Onlar Azərbaycanın və Türkiyənin düşmənləridir”


Türkiyə mətbuatı PKK-nın 400 terrorçusunun cəbhədə yaranan gərginlikdən sonra Dağlıq Qarabağda yerləşdirildiyi barədə məlumat yayıb.

PKK terrorçularının Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Cəbrayıl, Zəngilan və Füzulidəki erməni mövqelərinə gətirildiyi bildirilib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili Atilla Kaya Modern.az saytına açıqlamasında deyib ki, PKK-nın erməni terrorçularına dəstəyi ilk hal deyil.

“PKK terror təşkilatı erməniləri ASALA terrorçu qruplaşması ilə həmişə birgə fəaliyyət göstərib. İstər PKK, istərsə də, ASALA terrorçuları Livanda təlim görüblər”. Deputat bildirib ki, Türkiyədə zaman-zaman terror törədənlərin bəzilərinin PKK ilə əlaqəli ermənilər olduğu üzə çıxıb.

O, PKK-nın siyasi qanadı olan Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaşın erməni separatçılarına dəstək verməsinə də toxunub. Atilla Kaya vurğulayıb ki, PKK Azərbaycan və Türkiyənin ortaq düşmənidir. “PKK və erməni terrorçuları həmişə birgə hərəkət ediblər. Bunlar türklüyün, Azərbaycanın və Türkiyənin ortaq düşmənləridir. Bunlara qarşı Azərbaycan və Türkiyə birgə mübarizə aparmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
991 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...