"Məsuliyyət Ermənistanın üzərinə düşür" - ATƏT yanında daimi nümayəndəlik

"Məsuliyyət Ermənistanın üzərinə düşür" -


“Sentyabrın 1-də Ermənistan Silahlı Qüvvələrin Azərbaycanlın Tərtər rayonunun Qapanlı kəndində toy mərasimini atəşə tutublar. Nəticədə ikisi qadın və biri uşaq olan 4 nəfər yaralanıb. Təəssüf ki, silahlı münaqişələr zamanı mülki insanların müdafiəsi ilə bağlı beynəlxalq humanitar hüququn normalarının açıq şəkildə bu cür pozulması yeganə hal deyil və bu Ermənistanın məqsədyönlü, geniş və sistemli siyasətinin növbəti bir nümunədir”.

APA-nın məlumatına görə, bu sözlər Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyinin son vaxtlar təmas xəttində yaranmış gərginliklə bağlı ATƏT Daimi Şurasının 1067-ci iclasına müraciətində deyilir.

Müraciətdə qeyd olunur ki, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bir sıra sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri, BMT Baş Assambleyasının 20 dekabr 1993-cü il tarixli 48/114 saylı qətnaməsi Azərbaycan Respublikası ərazisində mülki sakinlərə qarşı hücumları və onların yaşadığı ərazilərin bombardman edilməsini pisləyir və yüz minlərlə insanların güc yolu ilə yaşadığı yerlərdən köçürülməsindən dərin narahatlığını ifadə edir: “Bundan başqa, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsi xüsusi olaraq qeyd edir ki, azərbaycanlı sivil əhalinin bu cür geniş miqyaslı qovulması və monoetnik ərazilərin yaradılması dəhşətli etnik təmizlənmə anlayışını xatırladır. Ermənistan tərəfindən sistemli və məqsədyönlü şəkildə atəşkəs rejiminin pozulması, o cümlədən təmas xətti yaxınlığındakı mülki insanların hədəfə alınması, həmçinin işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan rəhbərliyi tərəfindən “müstəqillik tədbirləri”nin və “yerli seçkiləri”in keçirilməsi kimi digər təxribatçı addımların atılması buna sübutdur ki, Ermənistan münaqişənin beynəlxalq hüquq əsasında sülh yolu ilə həllində maraqlı deyil. Bu, beynəlxalq cəhətdən tanınmış Azərbaycan torpaqlarının qanunsuz şəkildə güc yolu ilə işğalı nəticəsində yaranan status-kvonun uzadılması üçün beynəlxalq ictimaiyyətin səbrindən su-istifadədir.

Azərbaycan bir daha bəyan edir ki, münaqişə zonasında gərginliyin artmasının məsuliyyəti tamamilə Ermənistanın üzərinə düşür və inanır ki, status-kvu Ermənistanın istədiyi nəticələri verməyəcək. Yuxarıda qeyd edilənlərin fonunda biz sədr və ATƏT-in Minsk Qrupu həmsədrlərini və bütün ATƏT-ə üzv ölkələri Ermənistanı ümumilikdə çətin olan vəziyyəti daha da pisləşdirə biləcək hərəkətdən çəkinməyə və münaqişənin sülh yolu ilə həlli istiqamətindəki danışıqlarda konstruktiv və xoş niyyətli şəkildə iştirak etməyə inandırmağa çağırırıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1062 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...