2016-cı ilin büdcə zərfi parlamentə göndərildi

2016-cı ilin büdcə zərfi parlamentə göndərildi


Azərbaycanın 2016-cı il üzrə büdcə zərfi Milli Məclisə daxil olub.

Parlamentdən APA-ya verilən məlumata görə, yaxın müddətdə büdcə zərfi əvvəlcə İqtisadi siyasət komitəsinin digər komitələrlə birgə iclaslarında müzakirə olunacaq, tövsiyyə olunduğu təqdirdə isə plenar iclasda müzakirəyə çıxarılacaq. Gələn həftənin əvvəlində deputatlara paylanacaq büdcə zərfinin parlament seçkilərinə qədər müzakirəyə çıxarılacağı gözlənilir.

Büdcə zərfinə “Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2016-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2016-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-ci il büdcəsi haqqında” qanunları, Azərbaycan Milli Məclisinin və Azərbaycan Hesablama Palatasının 2016-ci il üçün xərclər smetaları daxildir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1079 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...