AŞPA Azərbaycana 32 nəfərlik müşahidə missiyasını göndərir - QƏRAR

AŞPA Azərbaycana 32 nəfərlik müşahidə missiyasını göndərir -


Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının birinci iş günündə qurumun Bürosunun toplantısı keçirilib.

APA-nın Avropa bürosunun xəbərinə görə, Büro iclasında AŞPA-nın Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərib-göndərməyəcəyinə dair məsələ müzakirə edilib. Uzun müzakirələrdən sonra lehinə 17, əleyhinə 10 nəfər olmaqla, Azərbaycana ispaniyalı parlamentar Yordi Çuklanın rəhbərlik edəcəyi 32 nəfərdən ibarət müşahidə missiyasını göndərilməsi haqqında qərar qəbul olunub.

Qeyd edək ki, AŞPA daxilində bəzi deputatlar qurumun Azərbaycana müşahidə missiyası göndərməsinin əleyhinə çıxırdılar. Qərar bu gün AŞPA sessiyasının plenar iclasında təsdiq olunmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1189 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...