İran-Azərbaycan sərhəddində problemlər müzakirə

İran-Azərbaycan sərhəddində problemlər müzakirə

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan və İran gömrükçüləri arasında gömrük və sərhəd məsələləri ilə əlaqədar növbəti görüş keçirilib.

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən gerçəkləşən görüşdə İran tərəfini Biləsuvar Gömrük İdarəsinin rəisi Siyavuş Surinin, Azərbaycanı isə Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin rəisi Sahib Axundovun rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahib Axundov qonaqları salamlayaraq iki ölkə arasında tarixi-mədəni əlaqələrdən, eləcə də qarşılıqlı əməkdaşlığa əsaslanan iqtisadi-ticari münasibətlərdən söhbət açıb.

İran nümayəndə heyətinin rəhbəri Siyavuş Suri isə azərbaycanlı həmkarları ilə növbəti görüşdən məmnunluğunu ifadə edərək Azərbaycanla İran arasında qarşılıqlı dostluq və mehriban qonşuluq münasibətlərindən bəhs edib.

Sonra görüşdə Azərbaycan-İran gömrük-sərhəd buraxılış məntəqələri arasında cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər fiziki şəxslərin gediş-gəlişi zamanı yaranan çətinliklərin aradan qaldırılması, müəyyən olunmuş normalar əsasında əl yüklərinin buraxılması, eləcə də nəqliyyat vasitələrinin növbə yaranmadan maneəsiz hərəkətinin təmin edilməsi və bir sıra digər məsələləri ətraflı müzakirə ediblər.

Xatırladaq ki, Azərbaycan və İran gömrükçüləri arasında bundan öncəki görüş fevralın 12-də keçirilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1576 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...