Apteklərdə bahalaşma əleyhinə reydlər başladı

Apteklərdə bahalaşma əleyhinə reydlər başladı

Səhiyyə Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Xidməti ilə birlikdə Bakıda və ölkənin digər regionlarındakı apteklərdə reydlərə başlayıb.

Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindəki mənbələrdən məlumat daxil olub.

Mənbənin sözlərinə görə, reydlərdə məqsəd qanunsuz fəaliyyət göstərən aptekləri üzə çıxarmaq, həmçinin dərmanların qiymətinin süni şəkildə artırılması hallarını aşkarlamaqdır.

Reydlərin nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin aprelin 10-da keçirilən iclasında aptekləri və dərmanların qiymətlərini ciddi nəzarətə götürmək barədə göstəriş verib. Prezident təəssüflə qeyd edib ki, “dərman bazarı müəyyən mənada nəzarətdən kənar qalıb, buna dözmək olmaz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1515 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...