“Dəmirbank“ sədrinin Çovdarovla 2 milyardlıq əməliyyatı

“Dəmirbank“ sədrinin Çovdarovla 2 milyardlıq əməliyyatı


Dəmirbankın İdarə Heyətinin sədri Roman Əmircanovun başı üzərində qara buludlar dolaşmağa başlayıb. MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun həbsi onun üçün böyük təhlükə yaradıb. Qudasının həbsi bankirə baha başa gələ bilər. Məlumdur ki, bankirin MTN-də şöbə rəisi olan oğlu - polkovnik-leytenant Rəşad Əmircanov da vəzifəsindən kənarlaşdırılıb. Avropa.info yazıb ki, Akif Çovdarovun Eldar Mahmudova məxsus çirkli pullarının leqallaşdırdığı banklarla bağlı Baş prokurorluğun Anti Korrupsiya İdarəsi və Xüsusi Dövlət Mühafizə Xidməti istintaqa təqdim etmək üçün artıq faktların toplanmasını yekunlaşdırmaq üzrədir.

Keçmiş MTN rəsmiləri ilə bağlı başlanmış istintaqda qara buludlar Dəmirbankın artıq başı üzərindədir. Dəmirbankın Müşahidə Şurasının sədri Rəhman Hacıyev və Maliyyə Nəzarəti Departamentinin direktoru Zülfiyyə Cəfərova qanunsuz bank əməliyyatları barədə bütün sənədləri, həmçinin vacib informasiyaları artıq noyabrın 9 da hüquq-mühafizə orqanlarına təqdim ediblər. Dəmirbankda bir çox yüksək vəzifəli şəxslər İH sədri Roman Əmircanova qarşı çıxa bilmirdilər. Akif Çovdarov faktoru onların qarşısını kəsirdi. Faktiki olaraq Roman Əmircanov Akif Çovdarova çirkli pulların leqallaşdırılmasında, külli miqdarda maliyyə vəsaitlərinin Hollandiyanın İNG Bankına və offşor bölgələrdəki banklara köçürə bilib.

Bu qanunsuz bank əməliyyatları zamanı Akif Çovdarov qudası Roman Əmircanova müəyyən faiz də verib. Bu isə Dəmirbank İH sədrinin fantastik varlanmasına gətirib çıxarıb. Nəticədə isə Roman Əmircanov eyni zamanda Dəmirbankın səhmlərinin 20 faizinə sahib olub. Mənbə bildiri ki, Akif Çovdarov Roman Əmircanov vasitəsiylə 2 milyard dollara yaxın maliyyə vəsaiti leqallaşdırıb və bir hissəsini offşor bölgələrdəki anonim hesablara köçürüb. (tia.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1389 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...