"Şoyqu Putinə Mariupolun tutulması ilə bağlı yalan danışır"
“Mariupolu ələ keçirilməsi təhlükəsi sovuşdu, çünki Rusiyanın ora hücum etmək üçün kifayət qədər qoşunu yox idi”.
Yeniavaz.com “unian”a istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Rusiya prezidenti Vladimir Putinin söhbətini təhlil edərkən deyib. O Şoyqunun Putinə Mariupolun tutulması ilə bağlı yalan danışdığını bildirib:
“Birincisi, onlar “Azovstal”ı ala bilməzlər... İkincisi, onlar başa düşürlər ki, “Azovstal”ı almaq vəzifəsini qoysalar belə, oraya ən vacib və qiymətli resursu – hücum piyadalarını qoyacaqlar.
Onlar, axmaqlar, Mariupolun tutulduğunu elan etdilər. Mariupolda döyüşlər davam edəcək və Ukrayna tərəfi üçün daha təsirli olacaq, çünki rus qoşunları daha azdır. Bu o deməkdir ki, Mariupolun süqutunun təhlükəsi sovuşub, çünki orada oraya hücum etmək üçün rusların kifayət qədər qoşunu olmayacaq”.
Xatırladaq ki, ötən gün Rusiya prezidenti Vladimir Putin Kremldə müdafiə naziri Sergey Şoyqu ilə görüşüb və bu zaman Şoyqu Putinə Mariupol şəhərinin nəzarətə götürülməsini məruzə edib.
1182 dəfə oxundu