Qaradağ rayonunda iftar süfrəsi açılmışdır

Qaradağ rayonunda iftar süfrəsi açılmışdır


21 aprel tarixində Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən iftar süfrəsi verilmişdir.
İftar süfrəsində şəhid ailələrinin üzvləri, qazilər, millət vəkilləri, rayonun idarə və müəssisə rəhbərləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbirin əvvəlində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iftar süfrəsində iştirak edənləri salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edib. Azərbaycanda açılan iftar süfrələrinin tolerantlıq nümunəsi olduğunu vurğulayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların yaxınlarına bir daha başsağlığı verib, səbr diləyib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib. 
Millət vəkili Aydın Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın ərazi bütövlüyünün bərpa olunmasında və tarixi Zəfər qazanılmasında şəhidlərimizin son dərəcə böyük xidməti olduğunu bildirmişdir. Qeyd olundu ki, dövlət başçısının göstərişi əsasında şəhid ailələrinin və qazilərimizin sosial məsələləri daim diqqətdə saxlanılır və operativ surətdə həll edilir. Şəhidlərimizin əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqlarını bildirən A.Hüseynov torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən oğulların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını vurğulayıb.
İftar mərasimində Lökbatan qəsəbə məscidinin imamı Hacı Faiq Əhmədov Qurani-Kərimdən ayələr və Ramazan duası oxumuşdur. İmam müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən danışmışdır.
İftar süfrəsi zamanı şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Müqəddəs Ramazan ayı boyunca rayonun digər qəsəbələrində də iftar süfrələri açılacaqdır.
Qaradağ rayonunda iftar süfrəsi açılmışdır
Qaradağ rayonunda iftar süfrəsi açılmışdır



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1467 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...