Putin Şarl Mişelə Zelenski ilə görüş üçün şərtini açıqlayıb

Putin Şarl Mişelə Zelenski ilə görüş üçün şərtini açıqlayıb
Rusiya Prezidenti Vladimir Putinlə Avropa İttifaqının prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Ukraynadakı vəziyyətin inkişafı ətraflı şəkildə müzakirə olunub.

Mişel bu yaxınlarda Kiyevə səfəri zamanı Ukrayna rəhbərliyi ilə təmaslar barədə Putinə məlumat verib.

Putin Ukraynada xüsusi hərbi əməliyyatla bağlı prinsipial qiymətləndirmələrini açıqlayıb: “Qeyd olunub ki, Mariupol azad edildikdən sonra humanitar səbəblərdən “Azovstal” zavodunun sənaye zonasına hücumun ləğv edilməsi barədə göstəriş verilib. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin bütün hərbi qulluqçularına, milli batalyonların döyüşçülərinə və silahlarını yerə qoyan əcnəbi muzdlulara həyat, beynəlxalq hüquq normalarına uyğun olaraq layiqli rəftar və ixtisaslı tibbi yardım göstərilməsinə zəmanət verilir. Amma Kiyev rejimi bu fürsətdən istifadə etməyə imkan vermir.

Rusiya Prezidenti mülki əhalinin müdafiəsi üçün davamlı olaraq həyata keçirilən tədbirlərdən, humanitar dəhlizlərin hər gün açılmasından və dinc əhalinin döyüş bölgəsindən təhlükəsiz təxliyəsi üçün sükut rejiminin elan edilməsindən danışıb.

Avropa İttifaqı nümayəndələrinin Ukraynadakı vəziyyətin hərbi yolla nizamlanmasının zəruriliyi, habelə Ukrayna təhlükəsizlik qüvvələrinin çoxsaylı hərbi cinayətlərinə məhəl qoymamaqla bağlı məsuliyyətsiz bəyanatlarına diqqət çəkilib. Qeyd olunub ki, Brüssel Donbasdakı yaşayış məntəqələrinin kütləvi şəkildə atəşə tutmasını və beynəlxalq humanitar hüququn digər kobud pozuntularını dayandırmağa məcbur etmək üçün Kiyev hakimiyyətinə təsir göstərə bilər.

Şarl Mişelin Vladimir Zelenski ilə birbaşa təmasda olmaq çağırışına cavab olaraq Rusiya Prezidenti bu məsələ ilə bağlı məlum mövqeyi təsdiqləyib və qeyd edib ki, belə bir ehtimal xüsusilə Rusiya və Ukrayna arasında davam edən danışıqlarda konkret nəticələrdən asılıdır”, - deyə məlumatda qeyd olunub.

Putin Ukrayna tərəfinin danışıqlarda qeyri-sabitlik nümayiş etdirdiyini və qarşılıqlı məqbul həll yollarını axtarmağa hazır olmadığını da söyləyib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2255 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...