Axtarışa verilən Afət Fərmanqızı ölkədən getdi: “Bəbişimlə uçuram” - VİDEO

Axtarışa verilən Afət Fərmanqızı ölkədən getdi:
Müğənni Afət Fərmanqızı Azərbaycanı tərk edib. O, bu barədə sosial şəbəkə hesabında bildirib. A.Fərmanqızı hava limanından görüntülərini paylaşaraq Rusiyaya, həyat yoldaşının yanına getdiyini deyib:

“Həyat yoldaşımın yanına uçuram. Bəbişimlə uçuram, həkimim bizi gözləyir”. Qeyd edək ki, Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə icraatı dayandırılıb. Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Kazımovanın sədrliyi ilə araşdırılan şikayətlə bağlı yekun olmayan məhkəmə aktı çıxarılıb.

Akta əsasən, ittiham olunan müğənni Afət Fərmanqızı məhkəmədən gizləndiyinə görə həbs nəzərdə tutulmadan axtarışa verilib. Lent.az mövzu ilə bağlı Afət Fərmanqızının özü ilə əlaqə saxlayıb. Müğənni Azərbaycanı tərk etdiyini təsdiqləyərək bunun necə baş verdiyini saytımıza danışıb: “Bəli, Azərbaycandan getmişəm və hazırda Rusiyadayam. Ölkəni tərk edərkən də heç kim məni saxlamadı və sorğu-sual etmədi. Əgər axtarışda olsaydım, ölkə sərhədlərini necə keçərdim?! Yerimi, onsuz, məhkəməyə demişdim. Bu günə kimi də harada qeydiyyatda idimsə, orada idim. Həmin gün hamiləliyimlə bağlı narahatlığım, ürəkbulanmam oldu. Bununla əlaqədar həkimdən kağız da almışdım. Hər şey məhkəməyə təqdim olunub. Amma məhkəmə qərəzli olduğu üçün guya barəmdə axtarış elan edib. Bunun hamısı sifarişli imiş”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1425 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...